Icma.az
close
up
RU
“Cərimələrin bir qismini büdcədənkənar maliyyələşmə, maaş artımı və ya mükafatlandırmaya yönəltmək yanlışdır”

“Cərimələrin bir qismini büdcədənkənar maliyyələşmə, maaş artımı və ya mükafatlandırmaya yönəltmək yanlışdır”

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Keçən il (2024-cü ildə) dövlət büdcəsinə cərimə və sanksiyalardan 380,1 milyon manat daxil olub. Bunun 277,7 milyon manatı (73,1%) büdcə təşkilatlarının büdcədənkənar gəlirləri kimi istifadə olunaraq, onların xərclərinin maliyyələşdirilməsinə yönəldilib. Bu vəsaitlərin 81,7%-i yol hərəkəti qaydalarının pozulmasına görə, 17,7%-i vergi sanksiyalarından, 0,6%-i isə əmək, miqrasiya və gömrük sahəsində pozuntulara görə tətbiq olunan cərimələrdən formalaşıb. Əsas hissə əməkdaşların maaşlarına əlavələr üçün xərclənir.Cərimə və sanksiyalardan toplanan vəsaitin əsas hissəsinin büdcədənkənar gəlir kimi istifadə olunması vətəndaşların cərimə yolu ilə maliyyə yükünün artırılması deməkdir?Dövlət büdcəsində cərimələrin bu qədər olması nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, cəriməedici orqanın cərimə etməkdə maddi marağı olmamalıdır.

Natiq Cəfərli

“Burda iki məsələ diqqət çəkir. Bunu rəsmi qurumlar, o cümlədən hökumət üzvləri ilə tənqid edəndə ki, "qaydaları pozmayın, cərimə də ödəməyin", formal olaraq haqlıdırlar. Amma burda söhbət ondan gedir ki, cəriməedici orqanın cərimə etməkdə maddi marağı olmamalıdır. Yəni cərimələrin bir qismi büdcədənkənar maliyyələşməyə, maaş artımına, yaxud mükafatlandırmaya yönəlirsə kökündən yanlışdır. Məsələn; bu büdcənin parametrlərinə uyğun başqa yerlərə yönələ bilər. Deyilsə ki, cərimələr ancaq və ancaq sosial müdafiə xərclərinə gedəcək - evsiz uşaqlara ev tikilməsi üçün xərclənəcək, yaxud uşaq evlərinə xərclənəcək. Bu daha məntiqli olar. Amma cərimə etmək səlahiyyəti olan orqana bu cərimədən pay almaq imkanı yaradırsınızsa, onda stimul verirsiniz ki, o daha çox cərimələr tətbiq etsin”-deyə Natiq Cəfərli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Noyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri