Icma.az
close
up
RU
Cərimələrin məbləği necə təyin olunur? Deputat: “Siqaret kötüyünün yerə atılması…”

Cərimələrin məbləği necə təyin olunur? Deputat: “Siqaret kötüyünün yerə atılması…”

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Cərimənin tətbiq olunması insanı hər hansı hüquqa zidd hərəkətdən çəkindirmək məqsədi daşıyır. O elə bir adekvat məbləğdə təyin olunur ki, insan onu dərk etsin ki, hüququ pozarsa, nə qədər maddi təzminat ödəməli olacaq”.

Tribunainfo.az xəbər verir ki, bunu “Yeni Sabah”a Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, cərimələr hüquq pozuntularının qarşısını almaq üçün profilaktik tədbir kimi nəzərdə tutulur:

“Burada nə minimum əməkhaqqı, nə də şəxsin gəliri nəzərə alınır. Cərimənin tətbiq olunması insanı hər hansı hüquqa zidd hərəkətdən çəkindirmək məqsədi daşıyır. O elə bir adekvat məbləğdə təyin olunur ki, həmin insan onu dərk etsin ki, hüququ pozarsa, nə qədər maddi təzminat ödəməli olacaq. Bu mənada, cərimə hüquqpozmanın qarşısını almaqdan ötrü profilaktik tədbir kimi nəzərdə tutulur. Yəni hüququ pozduqdan sonra şəxsə cəza kimi nəzərdə tutulmur.

Əgər ikinci planda nəzərdə tutulsaydı, yəni hüququ pozduqdan sonra təyin olunan cəza kimi tətbiq edilsəydi, o zaman, bəli, minimum əməkhaqqı və orta aylıq əməkhaqqı nəzərə alınardı. Amma belə hallarda, cərimələr profilaktik məqsədlə bu məbləğdə təyin olunur ki, insanlar bilərəkdən mövcud qaydaları pozmasınlar”.

M. Quliyev diqqətə çatdırıb ki, cərimələr cəmiyyətdə bəzi mənfi hallarla bağlı önləyici mahiyyət də daşıyır:

“Məsələn, siqaret kötüyünün yerə atılması ilə bağlı tətbiq olunan cərimə həm də siqaret çəkmənin məhdudlaşdırılmasına yönəlmiş bir addımdır. Yəni siqaret çəkmək üçün ayrılmayan yerlərdə kimsə siqaret çəkirsə, təbii olaraq kötüyü təyin olunmamış yerə atacaq.

Eyni zamanda, uşaqların gözü qabağında siqaret çəkmək hər halda siqaretin gizli də olsa, reklamıdır. Bütün bunlar nəzərə alınaraq, yüksək məbləğdə cərimələr müəyyən olunur ki, profilaktik məqsədlə həm siqaret çəkmənin qarşısı alınsın, həm də ekologiya çirklənməsin”.

Xatırladaq ki, son illərdə Milli Məclisdə bir sıra sahələr üzrə cərimələr misli görünməmiş dərəcədə artıb. Əhalinin açıq narazılığı ilə qarşılanan bu artımlar zamanı hansı meyrın əsas götürüldüyü anlaşılmır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Aprel 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri