Icma.az
close
up
RU
Çernobılda tərəvəz inqilabı: Zəhərli torpaqlarda həyat cücərir

Çernobılda tərəvəz inqilabı: Zəhərli torpaqlarda həyat cücərir

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

26 aprel 1986-cı ildə dünya qorxunc faciəylə oyandı. Çernobıl Atom Elektrik Stansiyasının 4-cü reaktorunda qəza baş verdi. Bu, İkinci Dünya müharibəsində ABŞ-nin Yaponiyanın Xerosima və Nakasaki şəhərlərinə atdığı atom bombalarından sonra baş verən növbəti ən qorxunc faciə idi. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən qeyd edir ki, üzərindən 40 ilə yaxın müddət keçdikdən sonra Çernobılda tərəvəz yetişdirilməsi dünyanı heyrətə salıb. Qəza baş verdikdə kilometrlər uzaqlıqdakı AES-dən daha çox təsirlənməmək üçün bölgə boşaldılmalı idi. Nə qədər uzaqlaşsalar, insanlar partlayışdan sürətli ola bilmədi.  Bölgədəki insan, heyvan, bitki və su ehtiyatları artıq bir-birinə həyat verən bir “zəncir” deyil, ölümcül zəhərə çevrilmişdi. Çernobılın yenidən çiçəklənməsi üçün ən vacib sual işarəsi torpağın “qəzadan” təmizlənib-təmizlənməməsi idi. Çernobıl yenidən meyvə-tərəvəz bağına çevrilə bilərmi? İstanbul Texniki Universiteti Enerji İnstitutu, Nüvə Tədqiqatları Bölməsi müəllimi, professor Üner Çolak Çernobıl torpaqlarının yenidən həyat əlamətləri daşıması haqqında danışıb. Professor qeyd edib ki, zaman çox şeyin dərmanıdır. Torpaq zamanla partlayışın izlərini silməyi bacarıb və xəyal şəhər yenidən böyüməyə meyilli hala gəlib. Çernobıldakı nüvə fəlakətindən sonra tərk edilmiş kənd təsərrüfatı torpaqlarının yenidən kənd təsərrüfatına yararlı hala gəldiyi müəyyən edilib. İstehsal varsa, həyat da var. 1991-ci ildə müəyyən edilmiş meyarlardan sonra tərk edilmiş torpaqlar üçün yeni təsnifat aparılmasa da, son illər rayonda bəzi fermerlər məhdud da olsa, öz təşəbbüsləri ilə kənd təsərrüfatı məhsulları istehsalına başlayıblar. “Journal of Environmental Radioactivity” elmi jurnalında dərc olunan yeni araşdırmaya görə, torpağın böyük bir hissəsində məhsulun təhlükəsiz şəkildə yetişdirilə biləcəyi təsdiqlənib. Tədqiqatçılar Jitomir vilayətində 100 hektara yaxın ərazidə çirklənmə səviyyəsini araşdırıb və kartof, taxıl, qarğıdalı və günəbaxan kimi adi bitkilərdə radioaktiv maddələrin yığılmasını təxmin ediblər. Torpaq nümunələri götürərək və xarici qamma radiasiya səviyyələrini ölçməklə onlar sübut etdilər ki, təsərrüfat işçiləri üçün radiasiya dozası Ukraynanın milli təhlükəsizlik həddindən xeyli aşağıdır. Hanna Zavorotnya Kupovate kəndində yaşayır. Bura Çernobıl İstisna Zonasına daxildir. O, ərazini tərk etməkdən imtina edənlərdən biri olub. Çernobıl faciəsindən sonra o, ailəsi ilə birlikdə öz fermasına qayıdıb. Radiasiya haqqında suala Zavorotnya belə cavab verib: "Radiasiya məni qorxutmur, aclıq qorxudur". Ü.Çolak, "qəza olsa da, torpaqda lazımi ölçülər alındıqdan sonra o torpaq yenə də əkinçilik üçün istifadə edilə bilər. Radiasiya qalıcı bir şey deyil. Davamlı olaraq pisləşən və təsirini azaldan bir şeydir. Ancaq bu təsir 100 il, bəzi hallarda isə 1000 il davam edə bilər. Zaman keçdikcə miqdar azalır” deyib. Professor əlavə edib ki, "Çernobıl reaktorunu çoxmərtəbəli binanın içinə tikilmiş elektrik stansiyası kimi düşünün. İstehsal çöldən qorunmayan standart binada həyata keçirilir. Burada baş verən qəza nəticəsində içindəki radioaktiv materiallar heç bir maneəyə rast gəlmədən birbaşa təbiətə buraxılır. Bununla belə, Rusiyada, hətta Qərb dünyasında inkişaf edən çoxqatlı və yeni texnologiyalar var. Nüvə yaşıl enerji olduğu, karbon emissiyası olmadığı və bərpa olunan enerjinin davamlılığı təmin edilə bilmədiyi üçün önə çıxır. İstədiyimiz zaman, istədiyimiz qədər istehsal edə bilərik. Onun bu üstünlüyü var. Nüvə, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün istifadə edə biləcəyimiz ən vacib vasitə kimi görünür. Önümüzdəki dövrdə Türkiyədə və dünyanın müxtəlif yerlərində nüvə enerjisinə daha çox sərmayə qoyulacağına dair proqnozlar var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 İyun 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri