Icma.az
close
up
RU
Cərrah şoumen olmaq istərsə, neştər haranı kəsəcək?

Cərrah şoumen olmaq istərsə, neştər haranı kəsəcək?

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sizcə, cərrahiyə əməliyyatı zamanı canlı yayım açan həkimlərin diqqəti xəstədə olur, ya kameraya daha yaxşı rakursdan görünməkdə? Hansımızın qarşısında kamera açılarsa, istər-istəməz orada yaxşı görünməyə çalışarıq. Yəqin çoxlarınız toyda toyuğun budunu birdən udmağa çalışan birinin, operatoru görəndə səksənməsinə şahid olmusunuz...

Əməliyyat edən həkimin də beynində nə qədər istəməsə belə, ona yönələn obyektiv dayanar. Hətta kameraya baxmaya bilər, amma lentə alındığının fərqindədir.

Kamera qarşısına çıxıb, orada gözəl görsənmək, fikirlərini və işini daha yaxşı ifadə etmək daha çox başqa peşə sahiblərinin işidir. Mən biləni, tibb universitetində aktyorluq, natiqlik kimi fənlər tədris olunmur. Düzdür, həkim, cərrah istəsə bunu sonradan da öyrənə bilər. Sadəcə buna nə ehtiyac var ki? Əgər lazım bilsəydilər, o boyda elm adamları bunu həkimlərin tədrisinə əlavə edərdilər. Tibb universitetlərində gələcəyin cərrahlarına insan həyatı ilə bağlı savadlı və məsuliyyətli olmağı öyrədirlər. Bir gözü kamerada olan cərrahın diqqəti nə qədər xəstədə ola bilər ki?

Xəstənin qarnı və ya başqa yeri yarılmış vəziyyətdə qalıb, cərrah kameraya orada nə etdiklərini danışır. Bu piarı və ya kimlərisə öyrətmək istəyinizi əməliyyatdan, ən azı o yarılmış orqanizmi tikdikdən sonraya saxlamaq olmazmı? Öz otağınıza keçib, rahat oturub canlı yayım açsanız, heç kim sizə irad tuta bilməz. Həkimin də sosial şəbəkələrdə paylaşım etmək haqqı var, amma baxır harada və nə zaman. Nəzərə alın ki, işi birbaşa kamera qarşısında olanların əllərində başqa iş olmur. Aktyorlar, aparıcılar və videoblogerlər həmin zaman bütün diqqətləri ilə kameraya hədəflənir. Axı yemək bişirə-bişirə canlı yayım açan aşpazlardan cərrahların bir fərqi olmalıdır. Aşpaz olsa-olsa diqqətsizlikdən yeməyi yandıracaq. Əməliyyat otağında masa üstünə sərilən, badımcan, kələm, quzu əti deyil, canlı insandır.  Əgər sizin içinizdəki videoblogerlik həvəsi cərrahlığa üstün gəlirsə, niyə özünüzə işgəncə verirsiniz? 12 illik təhsilinizin üstündən xətt çəkin, gedin jurnalist və ya videobloger olun. Həm özünüzü xilas edin, həm də kəsilə-kəsilə üzərində veriliş hazırladığınız insanı.

Reytinqli həkimin bu cür hoqqalara niyə ehtiyacı olsun ki? Siz kamera qarşısında xərclədiyiniz o enerjini daha çox öz işinizə və savadınıza yönəltsəniz heç reklama da lüzum qalmaz. Savadlı həkimdən adi müsahibə almağa belə xeyli əziyyət çəkirik. İnsan deyir ki, mənim mediaya çıxmaq kimi bir problemim yoxdur, onsuz da xəstələrimin əlində qalmışam. Baxırsan ki, adamın heç sosial şəbəkə səhifəsi də yoxdur. Varsa belə, orada işini, qanlı-qanlı videoları yox, bir vətəndaş mövqeyini paylaşır.

Bundan başqa, siz o kameraları nə dərəcədə sterilizə edə bilirsiniz? Videoların çoxu smartfonlarla çəkilir. O telefonları, planşetləri də öz funksiyalarına uyğun istifadə etsəniz, sizə daha faydalı olar.

Bir dəfə yaxın bir xanımın qızı burun çəpərinin əyriliyindən əməliyyat olurdu. Gənc qız həqiqətən də nəfəsalmada çətinlik çəkirdi. Həyəcandan əl-ayağı titrəyən, ürəyinin döyüntüsü kənardan belə eşidilən ana əməliyyatın bitməsini gözləyir. Bir də gördük ki, qız hələ əməliyyatdan çıxmamış, həkim video və fotolar paylaşır. Həmin görüntülərdə qızın gözündən yaş gəlirdi. Ola bilər ki, bu əməliyyatda normal bir prosesdir. Amma di gəl sən bunu həyəcanlı anaya izah elə. Ana özünü bir-təhər edir ki, balam içəridə ağlayır, həkim onun videosunu çəkməyin dərdindədir. Doğurdan çox təsirli və insanın qəlbinə toxunan bir mənzərə idi. Əziz cərrahlar, siz xəstəni düşünmürsünüzsə heç olmasa, onun yaxınını düşünün. İnsanları bu cür incitməyə nə haqqınız var? Mən hələ lor cərrahın paylaşdığı videodan danışdım. Cərrah ginekoloqların yaydığı videolar isə, yaxınları üçün daha dözülməzdir.

Ümid edirəm ki, heç olmasa indən sonra diqqətiniz kameradan çox xəstədə olar əziz cərrahlarımız. Biz həyatımızı sizə güvənirik, bir çoxunuzla fəxr edirik. Bir daha məyus olmamaq arzusu ilə, salamat qalın, həm özünüz həm də xəstələriniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Fevral 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri