Icma.az
close
up
RU
Cərrahiyyə əməliyyatları şou deyil: Bir damcı qanla huşunu itirən insanlar var RƏY

Cərrahiyyə əməliyyatları şou deyil: Bir damcı qanla huşunu itirən insanlar var RƏY

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tanınmış pediatr emosional auditoriya üçün xəbərdarlıq etdi

"Əməliyyat zamanı həkimin və ya kənar şəxsin sosial şəbəkələrdə canlı yayım və çəkiliş aparması Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli əmri ilə təsdiq olunmuş “Həkimlərin etik davranış qaydaları”na və digər müvafiq normativ hüquqi aktlara ziddir". Bu barədə Analitik Ekspertiza Mərkəzinin məlumatında bildirilir. Qeyd olunur ki, “Health Group” MMC-yə ("Medipoint" klinikası) məxsus tibb müəssisəsinin həkimi Vüsalə Rəhimovaya klinikanın direktoru tərəfindən töhmət, baş həkim Aynur Cavadovaya isə rəsmi xəbərdarlıq elan olunub. 

Xatırladaq ki, "Baylarsoylar" adıyla tanınan bloger Arifə Məmmədova tərəfindən bir neçə gün əvvəl "Medipoint" adlı klinikada çox rahatlıqla süni mayalanma əməliyyatı zamanı çəkiliş aparıb və görüntüləri sosial şəbəkə hesabında izləyiciləriylə bölüşüb. Onun bu çəkilişi və paylaşımı ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Xüsusilə blogerlə yanaşı əməliyyat otağında çəkiliş edən başqa bir şəxs də varmış. Çox sayda insan bu addımı qeyri-etik, tibbə yaraşmayan qanunsuz addım kimi qiymətləndirib. Hadisə ilə bağlı Analitik Ekspertiza Mərkəzi araşdırma aparıb. Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, belə hallarla əlaqədar Mərkəz tərəfindən mövcud qanunvericilik çərçivəsində araşdırmalar aparılır və nəticələrə uyğun olaraq xəbərdarlıq və cərimə tədbirləri görülür: “Son günlərdə sosial şəbəkələrdə və mediada tibb işçilərinin əməliyyat zamanı canlı yayımlar aparması və kənar şəxslərin çəkiliş etməsi faktları qeydə alınıb. Bildirilib ki, mediada yayılan məlumata əsasən, 23 iyul 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi 4C ünvanında yerləşən “Health Group” MMC-yə (Medipoint klinikası) məxsus tibb müəssisəsində növbədənkənar (plandankənar) yoxlama həyata keçirilib. Yoxlama zamanı müəyyən olunub ki, 07 iyul 2025-ci il tarixində pasiyentə qadın konsultasiyası çərçivəsində həkim Vüsalə Rəhimova tərəfindən endometriyanın kəsilməsi (ketçinq) və diaqnostik histeroskopiya əməliyyatı icra edilib. Ambulator müşahidə kartında və əməliyyatların qeydiyyat jurnalında əməliyyatla bağlı məlumatlar mövcuddur. Lakin histoloji müayinənin nəticələri əməliyyat jurnalında əks olunmayıb. Eyni zamanda, yoxlama zamanı klinikada ekstrakorporal mayalanma (EKM) prosedurlarının aparılması üçün lazımi maddi-texniki bazanın olmadığı, yalnız hazırlıq mərhələsinin həyata keçirildiyi aşkar edilib. Həkim Vüsalə Rəhimova mama-ginekologiya ixtisası üzrə sertifikasiya imtahanından keçmiş olsa da, EKM ilə bağlı tələb olunan sənədlər yoxlama zamanı təqdim edilməyib.

Araşdırmanın nəticəsi olaraq, həkim Vüsalə Rəhimovaya klinikanın direktoru tərəfindən töhmət, baş həkim Aynur Cavadovaya isə rəsmi xəbərdarlıq elan olunub. "Əməliyyat zamanı həkimin və ya kənar şəxsin sosial şəbəkələrdə canlı yayım və çəkiliş aparması Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli əmri ilə təsdiq olunmuş “Həkimlərin etik davranış qaydaları”na və digər müvafiq normativ hüquqi aktlara ziddir". Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi sosial şəbəkələr və media vasitəsilə bu kimi hallar barədə ictimaiyyəti və tibb müəssisələrini daim məlumatlandırır və xəbərdarlıq edərək bildirir ki, vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət və ya pozuntularla bağlı həm "Bir pəncərə" sektoru, "Qaynar xətt (012) 596 05 20", E-poçt: [email protected]; rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi) vasitəsiylə AEM-ə müraciət edə bilərlər. Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun araşdırılır və zərurət yarandıqda plandankənar yoxlamalar həyata keçirilir.


Məlum hadisə ilə bağlı Sherg.az-a danışan pediatr Vaqif Qarayev qeyd etdi ki, əməliyyat otağında cərrahiyyə əməliyyatı icra olunan zaman çəkiliş edib, sonra da sosial şəbəkədə, hər hansı sosial platformada paylaşmaq doğru deyil: 

seeBaxış sayı:53
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 İyul 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri