Icma.az
close
up
RU
Çevrilmiş şah fiquru, yaxud mat elanını gözləmək... Bakı böyük şahmat turniri nə hazırlaşır

Çevrilmiş şah fiquru, yaxud mat elanını gözləmək... Bakı böyük şahmat turniri nə hazırlaşır

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün bütün dünyanın gözü Ağ Evdə olacaq desək, yəqin ki, yanılmarıq. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan 30 ildən çox davam edən, on minlərlə insanın ölümünə, yüz minlərlə insanın qaçqın düşməsinə səbəb olan, Rusiyanın senarisi ilə gerçəkləşən savaşa artıq masada son qoyacaq və saziş imzalayacaqlar. Sazişin imzalanacağı barədə məlumatı ABŞ prezidenti Donald Tramp "Truth Social"da bildirib.

"Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə rəsmi sülh imzalanması üçün mənə qoşulacaqlar", deyə Tramp yazıb.

ABŞ prezidenti bildirib ki, o, Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistan Baş nazir Nikol Paşinyanı Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyir:

"Bu iki millət uzun müddətdir müharibə vəziyyətindədir və bu münaqişə minlərlə insanın ölümünə səbəb olub. Bir çox dünya liderləri müharibəyə son qoymağa çalışıb, lakin uğursuz olublar".

Onun sözlərinə görə, ABŞ administrasiyası "uzun müddətdir" hər iki tərəflə əməkdaşlıq edir. Tramp əlavə edib ki, ABŞ hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq ki, bu da regionda iqtisadi inkişafı birgə təşviq edəcək və ən əsası "Cənubi Qafqazın potensialını tam şəkildə ortaya çıxara biləcək".

"Mən fəxr edirəm ki, bu cəsarətli liderlər Ermənistan və Azərbaycan xalqı üçün düzgün addımlar atırlar. Bu, Ermənistan, Azərbaycan, ABŞ və BÜTÜN DÜNYA üçün tarixi gün olacaq", deyə Tramp vurğulayıb.

Uğurlu ingilis başlanğıcı

Azərbaycan 44 günlük savaş ilə yeni reallıqlar yarada bildi. Trampın adıçəkilən bəyanatı da sübut edir ki, iki düşmən ölkənin liderləri Ağ Evdən hansısa sənəd imzalamadan çıxmayacaqlar. Çünki söhbət təkcə iki xalq arasında düşmənçiliyə son qoymaqla yanaşı, dünyanın super güclərinin regionda maraqlarının təmin edilməsindən gedir. Bakı savaşdan kənar mübarizədə, diplomatik cəbhədə də uğurlu gedişlər edə bildi. Rəsmi Bakının debütü, şahmat termini ilə desək, uğurlu "ingilis başlanğıcı" idi - rəqiblərin bütün gedişləri məhdudlaşdırılmışdı. 

Ötən əsrin 90-cı illərində Azərbaycanı "əzabkeş erməni xalqı"nı blokadaya almaqda ittiham edən, "907-ci düzəliş”i tətbiq edən ABŞ bu gün Azərbaycanın diqtə etdiyi şərtləri qəbul edir və sülhə görə Bakıya təşəkkür edir. Belə gedişat illər öncə ancaq xəyallarda qurula bilərdi.

Rusiyanın Qafqazdan qovulduğu əsrə bərabər gün

Bu məsələdə ən real qiyməti yəqin ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili verib. Həbsdə olan eks-prezident sosial şəbəkə hesabında "bu gün -  Rusiyanın regiondan qovulmasının əsasını qoyan tarixi bir gün olacaq" - yazıb. M.Saakaşvili bu günün - "əsrə bərabər gün” olduğunu dərk edir. Söhbət artıq keçmişdə qalmış Qarabağ münaqişəsindən də getmir. Məsələ daha qlobaldır. Söhbət Orta Asiya və Çindən daşınacaq malların və karbohidrat ehtiyatlarının Rusiyadan yan keçməklə - klassik İpək yolu vasitəsilə Avropa bazarlarına çıxarılmasından gedir. 

"Tramp körpüsü"nün açılışı həm Azərbaycanın, həm Ermənistanın, həm də Qərbin maraqlarına tam uyğundur. Bu gedişat artıq dünyaya öz şərtlərini diqtə edən Çinin maraqlarına cavab verir. Bir qədər əvvəl aparılan Çin-Azərbaycan danışıqlarının mahiyyəti indi bəlli olur.

Əslində, ABŞ və Avropa bu məsələdə bir güllə ilə iki, hətta üç dovşan vurmağa çalışır. Əvvəla, iki xalq üçün real sülhün əsasını qoyur, daha sonra Şərqdən gələn mal və ehtiyatların Avropaya çatdırılması müddəti xeyli qısalır, həmçinin Rusiyanın, yəqin ki, 200 ildə ilk dəfə regionda maraqlarından kənar qlobal bir addım atılır. Rusiya son on illiklərin ən ağır zərbəsini dadmalı olur.

Vurğulamaq lazım gəlir ki, Trampın planlaşdırdığı model baş tutarsa, Cənubi Qafqazın üç ölkəsindən artıq ikisi Rusiyanın nəzarətindən çıxmaq üçün mühüm bir addım atmış olacaq. Belə şəraitdə Gürcüstanda da rusmeyilli hakimiyyətin də qalışı zaman məsələsidir. Rusiya tezliklə Gürcüstanı da tərk etməli olacaq.

Teokratik rejimə zərbə, İran cəmiyyəti üçün nəfəslik

Burada daha bir məqam İranın mövqeyidir. Tehran "Tramp planı"na razılıq verəcəkmi? Prezident Məsud Pezeşkianın qonşularla münasibətlərin düzəlməsi yönündə atdığı addımlar və koridor məsələsinə "bunlar xırda şeylərdir" deməsi "Tramp körpüsü" tərəfdarlarında bir inam yaradır. Yəni İran da öz maraqları naminə Rusiyanın regiondan gedişinə razılıq vermiş kimi görünür. Regionda ABŞ-ın özəl şirkəti vasitəsilə olsa belə, varlığı, təbii ki, İranda müəyyən liberal dairələrin ölkəsinin izolyasiyadan çıxması istiqamətində müəyyən planlarının mövcudluğundan xəbər verir. İran izolyasiyadan çıxmaq istəyir – bu, baş tutarsa, həm nüvə danışıqlarında irəliləyiş ola, həm də İsraillə gərginlik xeyli azala bilər. İran savaşda maraqlı deyil. Savaş İrandakı böhranı daha da dərinləşdirə bilər.

Burada bir məsələni də vurğulamaq lazım gəlir. Qərbin İranın sərhədinə yaxınlaşması İslam Respublikasında müəyyən demokratikləşmə ümidi yaradır. Bu isə teokratik iqtidara ciddi zərbədir. Lakin İran cəmiyyətinin başqa seçimi də qalmayıb.

Sülh ya olacaq, ya da olacaq

Məlum olan budur ki, ABŞ prezidentinin iştirakı ilə saziş imzalanacaq; tərəflər ABŞ prezidentinin iştirakı ilə sülhü qorumağa, revanşizmə yol verməməyə söz verirlər. Ermənistanın SSRİ əraziləri ilə Azərbaycanın SSRİ əraziləri eyni qalacaq. Bu şəraitdə ATƏT-in Minsk Qrupunun mövcudluğu həm mənasızdır, həm də tərəflərin səmimiyyətinə şübhə yarada bilər; buna görə tərəflər Minsk Qrupunun ləğvi üçün ATƏT-ə müraciət edəcəklər. Beləliklə, Ermənistanla Azərbaycan arasında faktiki sülh qurulacaq.

Ekspertlərin fikrincə isə Vaşinqtonda qeyd olunacaq ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalı və ratifikasiya olunmalıdır; bunun məsuliyyətini həmçinin ABŞ prezidenti üzərinə götürür.

Beynəlxalq marşrut "Tramp körpüsü - Beynəlxalq Sülh və Rifah Yolu” adını alacaq və bu yol Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikasına bağlayacaq. Planlaşdırılır ki, zamanla bu yol dəmir yolu xətti, neft-qaz kəmərləri və kabel-liflərdən ibarət olacaq; bu da malların daşınmasını təmin edəcək və gələcəkdə insanların da sərbəst hərəkətinə imkan yaradacaq.

Marşrut Ermənistandan keçən 32 kilometrlik ərazini əhatə edəcək. Tikintinin maliyyələşdirilməsinin ABŞ büdcəsindən həyata keçirilməsinə özəl şirkətlər cavabdeh olacaq. 

"Axios" portalı mənbələrinə istinadən yazır ki, Ermənistan yuxarıda qeyd olunan layihəyə artıq razılıq verib:

"Ermənistan ABŞ-ın idarəsi altında 43.5 kilometr uzunluğunda koridorun inşasına razılıq verib; bu yol "Tramp körpüsü - Beynəlxalq Sülh və Rifah Yolu” adlandırılacaq".

"Çevrilmiş şah fiquru”, yaxud mat elanını gözləmək...

İndi əsas məsələ görüşdən sonra Çinin rəsmi olaraq, nə deyəcəyi və Rusiyanın heç nə demədən belə özünün keçmiş "arxa baxçası" saydığı regionunun əlindən çıxmasını ləngitmək üçün hansı radikal addımları atacağıdır. Amma Kremlin hansı addımları atacağına baxmayaraq, onlar yalnız prosessi ləngidə bilərlər. Çünki Kremlin keçmiş SSRİ respublikaları ilə yaşadığı indiki gərgin münasibətlərdə günahkar yalnız özüdür. Zorla məhəbbət olmur. Kreml suqsvanq vəziyyətindədir - hər hansı bir gedişi əlverişsiz nəticə ilə başa çata bilər. Odur ki, Kremlin reallıqla barışmaqdan başqa yolu qalmır. 

Beləliklə, daha bir böyük şahmat oyunu endşpil mərhələsinə qədəm basır. Rəqiblərin "çevrilmiş şah fiquru" ilə məğlub olduqlarını etiraf etməkdən başqa yolları qalmır. Mat elanını həzm etmək şahmatçıya baçucalığı gətirmir. Adətən, şahmatçı mat elanını gözləmədən şah fiqurunu yanı üstə çevirir.

Bakı isə növbəti, daha böyük şahmat turnirinə hazırlaşır... 

Azər RƏŞİDOĞLU


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Avqust 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see290

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see176

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see156

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see150

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see143

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see140

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see139

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see136

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see129

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see126

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see124

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see124

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see123

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see123

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see121

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see120

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see118

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri