Icma.az
close
up
RU
Çexiya Gürcüstanı A liqasına buraxmadı

Çexiya Gürcüstanı A liqasına buraxmadı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

B liqasının 1-ci qrupunda sonuncu tur ərəfəsində heç bir suala cavab tapılmamışdı.

AÇ-2024-ün 4 iştirakçısı arasında intriqa ən yüksək həddə idi: 3 komanda A liqasına yüksələ, 3 komanda isə birbaşa C liqasına düşə bilərdi. Hər halda, Çexiya rəqibləri ilə müqayisədə daha əlverişli vəziyyətdə idi.
Ötən ay liderliyi ələ alan Çexiya yığması Gürcüstanla A liqasına birbaşa vəsiqə uğrunda həlledici oyunu öz meydanında keçirəcəkdi. Yeri gəlmişkən, qafqazlılar sentyabrın 7-də Tiflisdə slavyanları 4:1 hesabıyla darmadağın etmişdilər. Amma Villi Sanyolun komandası bu dəfə məğlubiyyətlə barışmalı oldu. Matça çox fəal başlayan çexlər artıq 24-cü dəqiqədə Şults və Qlojekin zərbələri ilə iki topluq üstünlük qazandı. Qonaqların ilk hisədə hücumda zəif göründüklərini iddia etmək doğru olmaz. Belə ki, Loçoşvili ilk qoldan sonra əla şansı dəyərləndirə bilmədi, Kvaratsxeliya isə fasilə ərəfəsində dirəyi nişan aldı. Amma çexlər ilk hissəni qalib kimi başa vurmağa layiq idilər.
Fasilədən sonra meydandakı mübarizə bərabərləşdi və 60-cı dəqiqədə Mikautadze Kakabadzenin ötürməsi ilə fərqi azaltdı. Bundan sonra oyunun tempini azaldan Çexiya yığması topun böyük ölçüdə meydanın mərkəzində hərəkət etməsinə nail oldu. Lakin son dəqiqələrdə ev sahiblərinin bəxti gətirdi. Zivzivadze yaxaladığı şansların heç birindən yararlana bilmədi. Kovarj hər iki epizodda komandasını xilas etdi və Çexiya Gürcüstanı A liqasına buraxmadı. Qafqazlılar bu liqaya vəsiqə uğrunda ikinci şansını da itirdilər.
Çünki qrupun digər oyununda Ukrayna səfərdə Albaniyaya qalib gələrək 2-ci yeri tutdu. Tiranadakı matçın ilk 10 dəqiqəsində iki qol vuran Sergey Rebrovun komandası fasiləyə qədər rəqibinə bir real şans da vermədi. Balkanlılar yalnız ikinci hissədə oyunda dönüş yaratmağa az-çox nail oldular. Ancaq Bayraminin penaltidən vurduğu qol Silvinyonun komandasını məğlubiyyətdən xilas etmədi. Sonuncu pillədən 2-ci yerə yüksələn Ukrayna A liqasına pley-off yolu ilə vəsiqə qazanmağa, Gürcüstan B liqasındakı yerini məhz bu yolla qorumağa çalışacaq, Albaniya isə növbəti mövsümə C liqasında başlayacaq.
B liqası, 1-ci qrup
Çexiya – Gürcüstan 2:1 (2:0)

Çexiya: Kovarj, Tsoufal, Qoleş, Yemelka, Borjil, Çernı (Provod, 57), Çerv, Kral, Şults (Kuxta, 88), Kliment (Xitil, 57), Qlojek (Linqr, 73).
Gürcüstan: Mamardaşvili, Kakabadze (Lobjanidze, 79), Kaşiya, Qvelesiani (Davitaşvili, 36), Dvali, Loçoşvili, Kiteişvili (Mekvabişvili, 60), Koçoraşvili, Çakvetadze (Zivzivadze, 61), Kvaratsxeliya, Mikautadze (Qoçoleişvili, 70).
Qollar: Şults, 3 (1:0). Qlojek, 24 (2:0). Mikautadze, 60 (2:1).
Vərəqələr: Dvali, 23. Mikautadze, 35. Qoleş, 67. Kral, 75. Kvaratsxeliya, 90+4. Xitil, 90+4. Tsoufal, 90+4. Kuxta, 90+5. Kaşiya, 90+5 - sarı.
Hakim: Anastasios Papapetru (Yunanıstan).
19 noyabr. Olomouts. 12221 tamaşaçı.
Albaniya - Ukrayna 1:2 (0:2)
Albaniya: Strakoşa, Ayeti, Balliu, İsmayli, Mitay, Laçi (Seferi, 90), Ramadani (Tutsi, 76), Muçi (Hoxa, 51), Asllani, Asani (Bayrami, 46), Daku (Uzuni, 46).
Ukrayna: Trubin, Zinçenko (Şaparenko, 69), Matviyenko, Mikolenko, Konoplya (Zuç, 76), Zabarnı, Qutsulyak (Nazarenko, 85), Kalyujnı, Mudrik (Talovyerov, 85), Sudakov, Yaremçuk (Dovbik, 76).
Qollar: Zinçenko, 5 (0:1). Yaremçuk, 10 (0:2). Bayrami, 75-p. (1:2).
Vərəqələr: Bayrami, 68. Mitay, 79. Dovbik, 79. Tutsi, 80 - sarı.
Hakim: Joao Pineyro (Portuqaliya).
19 noyabr. Tirana. 20547 tamaşaçı.
1. Çexiya 6 3 2 1 9-8 11
2. Ukrayna 6 2 2 2 8-8 8
3. Gürcüstan 6 2 1 3 7-6 7
4. Albaniya 6 2 1 3 4-6 7

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Noyabr 2024 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri