Icma.az
close
up
RU
Çexiya prezidentindən xəbərdarlıq: Biz, çexlər, bunun nə olduğunu çox yaxşı bilirik

Çexiya prezidentindən xəbərdarlıq: Biz, çexlər, bunun nə olduğunu çox yaxşı bilirik

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Ukrayna müharibənin sona çatması ilə bağlı hər hansı danışıqlarda iştirak etməlidir və Münhen razılaşmasının təkrarından qaçmaq lazımdır.

Qaynarinfo "The Guardian”a istinadla xəbər verir ki, bu fikri Çexiya prezidenti Petr Pavel bildirib. O, xüsusilə vurğulayıb ki, ukraynalılar Rusiya ilə aparılan istənilən danışıqlara cəlb olunmalıdırlar. "Bu, onların torpağıdır, onların ölkəsidir, onların xalqıdır, onların həyatıdır”, - o deyib.

Pavel qeyd edib ki, Ukraynanın danışıqlardan kənarlaşdırılması 1938-ci il Münhen sazişi ilə paralellər yaradacaq. O xəbərdarlıq edib ki, Ukraynanın iştirakı olmadan verilən istənilən qərarlar "Münhenə bənzər bir vəziyyət” yarada bilər və "biz, çexlər, bunun nə olduğunu çox yaxşı bilirik”.

Bundan əlavə, Pavel Rusiyanın Ukraynanın NATO-ya qoşulmaması ilə bağlı şərtini qəbuledilməz adlandırıb.

O həmçinin bildirib ki, döyüş meydanındakı vəziyyəti nəzərə alaraq Ukraynanın öz ərazilərinin bir hissəsini itirməsi perspektivi "çox real” görünür. Lakin o vurğulayıb ki, Rusiyaya verilmiş Ukrayna əraziləri heç bir halda Moskvanın hüquqi mülkiyyəti kimi tanınmamalıdır.

Bir həftə əvvəl KİV yazmışdı ki, ABŞ ruslarla əməkdaşlıq çərçivəsində Ukrayna üzrə belə adlandırılan sülh planı hazırlayıb. Sənəd 28 bənddən ibarət idi.

Planın detallarını öyrənən Avropa onu dərhal rədd etmiş və Ukraynanın kapitulyasiya sənədi adlandırmışdı.

Bununla belə, Ukrayna hakimiyyəti daha ehtiyatlı mövqe sərgiləyərək bildirmişdi ki, bu "sülh planı” müzakirə oluna bilər. Cenevrədə bu məsələyə dair artıq ilk konsultasiyalar baş tutub.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri