“Biz nə etdiyimizi çox yaxşı bilirik, heç kim qorxmasın” Ərdoğan
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Dünən PKK aldığı qərarı həyata keçirdiyini açıqladı və tərksilah oldu”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısında deyib.
“Biz “Terrorsuz Türkiyə” üçün canımızı ortaya qoyduq, Türkiyənin xeyrinə olmayan heç bir işdə olmadıq. Bundan sonra Türkiyənin xeyrinə olan bütün işlərdə bizi ən öndə görəcəksiniz. Biz nə etdiyimizi çox yaxşı bilirik. Heç kim qorxmasın. Nə ediriksə, Türkiyə və millətimiz üçün edirik. Terror bitəcək, görəcəksiniz. Türkiyə qazandı, hər bir vətəndaşımız qazandı”, - Ərdoğan bildirib.
O qeyd edib ki, terrorun məqsədi kürd ilə türkün arasına nifaq toxumu səpmək idi, amma bu gün türk ilə kürd qucaqlaşdı: “İndi oturub danışacağıq, amma silahlarla deyil. Bütün məsələləri qarşılıqlı oturub müzakirə edəcəyik”.
Xatırladaq ki, ötən gün “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində 47 ildən sonra Süleymaniyyədə bir qrup PKK üzvü silahlarını təhvil verib.
Mədinə Useynova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 12 İyul 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















