Ceyhun Bayramov: 2020 ci ildən partlayışların hamısı mina xəritəsi təqdim edilməyən yerlərdə olub
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Mina xəritələrinin təqdim olunmasında Ermənistan qeyri-ardıcıl davranış nümayiş etdirib".
Oxu.Az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, öncə mina xəritələrinin mövcudluğunu inkar edən Ermənistan beynəlxalq təzyiqlər nəticəsində 2021-ci ilin iyun ayında bəzi xəritələri təqdim etdi:
"Lakin təqdim olunan xəritələrin də yalnız 25%-i istifadəyə yararlıdır. Üstəlik, bir çox ərazilərlə bağlı heç bir xəritə təqdim edilməyib. 2020-ci ilin noyabr ayından sonra 400-ə yaxın mina hadisəsi baş verib. Bu partlayışların hamısı mina xəritəsi təqdim edilməyən ərazilərdə baş verib.
2020-ci ildən 2023-cü ilə qədər Ermənistan Qarabağa mina daşıyırdı.
2020-ci ildən sonra sülhməramlıların olduğu bölgədə əraziləri yenidən minalayıb ki, bu da həm Üçtərəfli Bəyanatın, həm də üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 10 May 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















