Icma.az
close
up
RU
Ceyhun Bayramov İqlim maliyyəsi mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində çıxış edib

Ceyhun Bayramov İqlim maliyyəsi mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində çıxış edib

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan "İqlim maliyyəsi" mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində iştirak və çıxış edib.

Bu barədə Demokrat.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dəyirmi masa müzakirələrində, həmçinin Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və digər yüksək səviyyəli nümayəndələr, o cümlədən beynəlxalq maliyyə institutlarının nümayəndələri, investor və maliyyə mütəxəssisləri iştirak edib.

Dəyirmi masa müzakirələrində Azərbaycanın COP29 sədrliyi adından çıxış edən nazir Ceyhun Bayramov COP29 sədrliyinin prioritetləri, xüsusilə iqlim maliyyəsi gündəliyinin tranformasiyası istiqamətində Azərbaycan sədrliyinin fəaliyyəti barədə ətraflı məlumat verib.

İqlim dəyişikliyinin mənfi təsir və nəticələrinin aradan qaldırılmasının çoxtərəfli həll yolları və inklüziv proses tələb etdiyi, dünyanın müxtəlif bölgələrində, 2022-ci ildə Pakistanda, habelə bu yaxınlarda Karib hövzəsi, Hindistan, Banqladeş, Nigeriya, Çad, İspaniya və s. bölgələrdə baş verən ölümcül daşqınlar kimi fəlakətlərin müvafiq həll yolları tapılmasını labüd etdiyi diqqətə çatdırılıb.

İqlim dəyişikliyi ilə əlaqəli bu kimi fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində Şarm əl-Şeyxdə əldə olunan və Pakistanın G-77 sədrliyi dövrünə təsadüf edən İtki və Zərərə cavab verən Fondun yaradılması ilə bağlı tarixi razılaşmanın əhəmiyyəti vurğulanıb.

COP29 sədrliyimizin təbii fəlakətlərin baş vermə risklərini artıran, insan həyatı və qlobal iqtisadi sabitliyi təhdid edən iqlim dəyişikliyi ilə mübarizədə ambisiyaların yüksəldilməsi və fəaliyyətin artırılmasına hədəfləndiyi qeyd olunub. Bu istiqamətdə, iqlim maliyyəsi sahəsində mövcud boşluğun aradan qaldırılaraq, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına uyğun şəffaf və əlçatan mexanizmlərin yaradılmasının maliyyə resurslarının cəlbi qədər vacibliyi qeyd olunub.

"Yaşıl dünya naminə həmrəylik" çağırışı ilə Bakıda keçirilən COP29-un iqlim maliyyəsi gündəliyinin transformasiyası baxımından vacib fürsət olduğu vurğulanıb və bu istiqamətdə COP29-un uğuruna dair ümidvarlıq ifadə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2024 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri