Ceyhun Bayramov: QvineyaBisau Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxsaylı təşəbbüslərinə dəstək verib VİDEO AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycanla Qvineya-Bisau diplomatik münasibətlər 1992-ci ildən qurulub. Bu müddət ərzində ikitərəfli və beynəlxalq platformalarda yaxşı əməkdaşlığımız olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə birgə keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, hər iki ölkə BMT və onun müxtəlif agentlikləri, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında təmsil olunur. Qvineya-Bisau Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxsaylı təşəbbüslərinə dəstək verib. Bu, bizim əməkdaşlığımızı daha da genişləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 02 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















