Ceyhun Bayramov Türkiyənin 44 günlük müharibə zamanı Azərbaycana diplomatik dəstəyindən və F 16 lardan danışıb
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
44 günlük müharibə zamanı Türkiyənin dəstəyi Azərbaycan üçün çox önəmli idi.
Ölkə.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib.
Nazir bəyan edib ki, Türkiyə Prezidentinin mütəmadi şəkiıdə Azərbaycanın yanında olması, Azərbaycan Prezidenti ilə daim danışması əvəzolunmaz idi:
"44 gün ərzində Mövlüd Çavuşoğlu (həmin dövrdə Türkiyənin XİN başçısı - red.) beş dəfə Azərbaycana səfər etdi. Türkiyədən səfirliklərinə birbaşa tapşırıq verilmişdi ki, Azərbaycandan hər hansısa bir müraciət olarsa, dərhal icra olunsun. Biz, təbii ki, Türkiyənin başqa ölkələrdəki səfirliklərinə birbaşa müraciət etmirdik, amma bu dəstəyi bilmək belə önəmli idi".
C. Bayramov həmin zaman Azərbaycan ərazisində olan Türkiyəyə məxsus F-16 qırıcı təyyarələrindən də danışıb:
"Həmin vaxt müraciətlər olurdu ki, Azərbaycan ərazisində Türkiyə F-16-ları var. Niyə? Nə üçün göndəriliblər? Azərbaycan Prezidenti də cavab verdi ki, onlar hərəkət etmir, yerdədirlər, təlim üçün gəliblər, ancaq lazım olarsa, onları göydə də görə bilərlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 07 Noyabr 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















