Ceyhun Bayramovla Hakan Fidanla telefonda danışıb Qəzza ilə bağlı müzakirə
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla telefonda danışıb.
Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib. Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik səyləri təqdir olunub.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

