Icma.az
close
up
RU
Ceyhun Bayramovun kod işarəsi və ya Ermənistan, Naxçıvana gedən yolumuzu 33 il kəsdin, daha yetər!

Ceyhun Bayramovun kod işarəsi və ya Ermənistan, Naxçıvana gedən yolumuzu 33 il kəsdin, daha yetər!

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında, Ermənistanla aparılan danışıqlar barədə danışarkən deyib ki, ortada Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında maneəsiz keçidin bərpası mövzusu da var. Ölkəmizin baş diplomatının sözlərinə görə, uzun müddət ərzində bu məsələ ətrafında danışıqlar intensiv gedirdi. Əfsuslar olsun ki, bu məsələ üzrə hələ də əməli nəticə əldə edilməyib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan bu istiqamətdə irəliləyir, Ermənistan hələ də bu razılaşmanın icrasını icra etməyib.

Sitat: “Azərbaycan ümumi kommunikasiyaların açılmasına əlavə olaraq, qərb bölgələri ilə Naxçıvan arasında əlaqənin qurulmasına xüsusi yanaşma tələb edir. Çünki belə hal yoxdur ki, bir ölkə iki hissəyə parçalanmış olsun”.

Bəli, Ermənistanla aparılan danışıqların bu mərhələsində məhz buradan başlamaq lazımdır. Özünü vasitəçi kimi ortaya atmaq istəyənlərin, sülh müqaviləsinin imzalanması, delimitasiya, demarkasiya, kommunikasiyaların açılmasında “dəstəyini” təklif edənlərə ilk sual belə olmalıdır: “Sizin ölkənizdə belə bir problem varmı? Ölkənizin digər parçasına gediş-gəlişinizin əngəllənməsi, hansısa qonşu ölkənin paz kimi ortaya soxulması şəraitində birbaşa əlaqədən məhrum edilməyiniz faktı baş versəydi, 33 il, yəni bir qərinə dözərdinizmi?!”

Rusiya Ukrayna ilə müharibə aparır və Baltikyanı ölkələr daxil, Avropa İttifaqının dövlətləri ilə soyuq savaş halı yaşanır. Amma Rusiya Kalininqrad vilayəti ilə Litva vasitəsilə maneəsiz gediş-gəlişə, yükdaşımalara malikdir.

Azərbaycanın əsas – qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəmiryolu rabitəsi 1992-ci ilin aprelindən qırılıb. Bir qərinəlik zaman çərçivəsində yarım milyonluq Naxçıvan bölgəsinin, ümumilikdə isə 10 milyonluq Azərbaycan vətəndaşlarının ölkə ərazisində sərbəst hərəkət etmək hüququ pozulub. Bu, beynəlxalq hüququn tapdanmasıdır. Lakin nə bir beynəlxalq təşkilat, nə dünyanın aparıcı paytaxtları, nə də bölgədə ağsaqqallıq etmək istəyən liderləri bu məsələnin üzərinə getmirlər, özünü küçə uşağı yerinə qoyan Ermənistan rəhbərliyinə yerini göstərmirlər.

Şübhəsiz ki, elə Azərbaycan XİN başçısını sloveniyalı həmkarı ilə brifinqdə bu mövzuya geniş yer ayırması məhz dünyadakı ikili standartların davamı, Naxçıvanın blokadada saxlanmasına qlobal səviyyədə diqqət yetirilməməsi, eyni zamanda rəsmi İrəvana Zəngəzur dəhlizinin açılması ilə bağlı təzyiq göstərilməməsi ilə bağlıdır. Diqqət edin, cənab nazir nə deyir: “Mən bunun tarixi aspektlərinə toxunmaq istəmirəm”. Bu, bir cümlənin arxasında 107 illik həqiqət dayanır. Bəli, tarixi aspektlər masaya qoyulanda Ermənistanın “boğazı quruyacaq”, nəfəsi kəsiləcək, sözün bütün mənalarında.

Xatırlayırsınız yəqin, eks-prezident, bu müharibənin əsas katalizatorlarından biri Levon Ter-Petrosyan deyirdi ki, Birinci Qarabağ Müharibəsində İranla sərhəd bizim ölkə üçün nəfəslik rolunu oynadı. Söhbət məhz Zəngəzur dəhlizindən, Mehri bölgəsindən, 43 km-lik Arazboyu İranla sərhəddən gedirdi. Bəli, o zaman İran məhz bu bölgədəki sərhəd-buraxılış məntəqəsindən

Ermənistan hələ 2020-ci ildə maneəsiz keçid üzrə öhdəlik götürüb və bu yerinə yetirilməlidir. Azərbaycan üçün bu keçid sözün əsl mənasında maneəsiz olmalıdır, heç bir maneə olmamalıdır. Bu elə bir öhdəlik olmalıdır ki, Ermənistanın qanunvericiliyində hər hansı gələcək dəyişikliklər bu vəziyyəti qısa, uzun və ya orta perspektivdə dəyişmək imkanı yaratmasın. Çünki biz bunu bir dəfə yaşamışıq. Sovet dönəmində bizim maneəsiz keçidimiz var idi, amma bu pozuldu və 300 mindən çox əhalisi olan bölgə blokada şəraitində qaldı. Hər hansı siyasi konfiqurasiyanın dəyişməsi elementlərindən asılı olmayaraq, sərbəst və maneəsiz keçidin təmin olunmasını Azərbaycan gözləyir və bu istiqamətdə səylərimiz davam edir”.

Elə bu sətirləri yazarkən Azərbaycan Dəmir Yolları QSC (MR) xəbər yaydı ki, Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti-quraşdırma işləri 63%, layihələndirmə işləri isə 83% tamamlanıb. Azərbaycan dövləti sürətli şəkildə dəmir yolunun çəkilişini həyata keçirməkdədir. Bu yol üzü Naxçıvana aparır.

Bu günlərdə Ermənistan XİN başçısı hətta sülh müqaviləsi imzalanmadan kommunikasiyaların açılmasına guya hazır olduqlarını açıqlamışdı. Amma tutaq ki, həm BAKI, həm də İrəvan açıqladı ki, yolları açırıq. Yaxşı, əgər Ermənistan 43 km-lik ərazidə - Zəngəzur dəhlizi boyunca daşı daş üstə qoymayıbsa, yolları açmağın nə mənası var? 1992-ci ildən sonra Ermənistan Zəngəzur dəhlizi boyunca dəmiryolu xəttini və stansiyaları darmadağın edib, dəmir relsləri, beton sütunları daşıyıblar. Bütün bu əmlak isə Azərbaycana məxsus olub. Ermənistan öncə Azərbaycana dəymiş zərəri ödəməli, ardınca da kommunikasiyaların açılması istiqamətində əməli işlərə başlamalı idi. Bütün bunların heç biri baş verməyib.

Sözsüz ki, hiyləgər gedişlər edilir. Əvvəla, “hazırıq” deməklə beynəlxalq ictimaiyyətə nə qədər “sülhpərvər” olduqlarını göstərmək istəyirlər. İkincisini də Nikol Paşinyan bu yaxınlarda özü açıqlamışdı. Ermənistan Azərbaycana Laçın yolundan Gorusa keçməklə Naxçıvana gediş-gəliş təklif edir. Bununla da Prezident İlham Əliyevin dediyi kimi, 2 qəpiyə dəyməyən “sülh kəsişməsi”nə legitimlik qazandırmaq istəyirlər. Şərti sərhədlərdən mövqelərimizi atəşə tutan Ermənistanın içərisi ilə necə yük daşıya, yaxud avtomobillə Naxçıvana gedib-gələ bilərik? Bunlara kim etibar edər? Hətta 44 günlük müharibədən sonra da Qarabağda qaldıqları müddətdə yollarımıza minalar düzür, təhlükələr yaradır, mülki, hərbi demədən atəş açırdılar...Ona görə də Ermənistan rəhbərliyi nağılları bir kənara qoymalı, Zəngilandan Ordubada doğru uzanan dəhlizin açılmasına əngəlləri ortadan qaldırmalıdır!

İndiki halda biz Avropa və Asiya arasında dəhlizin bir parçası olan dəhlizdən, yaxud Turan qapısından, Türk birliyini parçalayan Zəngəzurun qoparılması əməliyyatından – hansı ki, cənab Bayramov tarixi aspektlər deyərkən bütün bunlara işarə vurub – danışmırıq. Biz Naxçıvan əhalisinin, bütövlükdə azərbaycanlıların təbii haqqının bərpasından bəhs edirik! Bu yol ya açılacaq, ya da açılacaq! BMT TŞ-nin 4 qətnaməsi, AŞ PA-nın Sərsənglə bağlı sənədi və digər beynəlxalq təşkilatların masa üzərində qalmış tələbləri, tövsiyələri kimi, Zəngəzur dəhlizinin açılmasını da Azərbaycan TƏKBAŞINA həyata keçirə bilər, buna kiminsə şübhəsi olmasın! Sadəcə dövlətimiz məsələlərin barışla həllinə çalışır.

Bu arada, Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallaqer Zəngəzur bölgəsinə səfər edib və bu, Ermənistanda ajiotaj doğurub. Diplomatın “Sünik (Zəngəzur) qubernatoru” Robert Qukasyanla görüşü, bu haqda “X” hesabında qeydləri həyəcan doğurub. Ermənistanın “Fakt” saytı yazır ki, britaniyalı diplomatın Zəngəzura səfəri yeni proseslərdən xəbər verir.
“Azərbaycanın böyük dostu olan bir ölkənin səfirinin Sünikə (Zəngəzur) səfəri yaxşı heç nə vəd etmir”, - sayt iddia edib. (publika.az) Lap yaxşı, narahat olsunlar. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasından fayda götürəcək paytaxtlar da əlini daşın altına qoysunlar, Ermənistanı başa salsınlar. Amma bizimçün minimum plan və vəzifə, həmçinin olduqca vacib hədəf 30 ildən çoxdur blokada şəraitində yaşa­yan, əziyyətlər çəkən, xeyir-şər işlərinə getməkdən ötrü min cür əziyyətə qatlaşan, Bakıda rəhmətə gedən əzizini hava nəqliyyətı ilə yurduna aparan yarım milyon insanımızın beynəlxalq hüquqa əsaslanan haqlarının bərpasıdır! Biz başqa məsələlərdən danışmırıq, 1921-ci ilin Qars Müqaviləsinə istinada ehtiyac duymuruq, Şuşa Bəyannaməsinə də həmçinin. Tələb edirik: Ermənistan Naxçıvana gedən yolumuzu 33 il – bir qərinə boyunca kəsdin, daha bəsdir! Növbəti stansiya Nüvədi olmalı!

Zəruri xatırlatma: Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Mehri rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilib! Diqqət edin, 40 il öncə ermənilərə verilmiş Nüvədi ilə bağlı sənədin ratifikasiyasını mərhum Heydər Əliyev hakimiyyətə gəlməzdən cəmi bir ay əvvəl həyata keçirmişdilər! Bu fakt çox şey deyir...Nüvə kəndinin sakinləri isə Qərbi Azərbaycandan deportasiya edilən sonuncu sakinlər oldu.

Onlar bir neçə il əvvəl kəndlərinin geri qaytarılması xahişi ilə dövlət başçısına müraciət də etmişdilər. Təbii haqlarıdır. Sovet vaxtı Zəngəzurdan keçən qatarın Nüvədidə saxlamasına belə, qadağa qoyulmuşdu. Amma haqq-ədalət bərpa edilməlidir! O qatar mütləq öz yolu ilə gedəcək, az qaldı!  

Elşad Paşasoy

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Aprel 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri