Ceyhun Bayramovun qardaşı sədrlikdən çıxarıldı
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Nazirlər Kabineti "Aqrarkredit" QSC-nin "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə 4 avqust 2023-cü il tarixli qərarında dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Komissiyaya sədrlik edən maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin birinci müavini Anar Kərimovla əvəz olunub.
Qeyd edək ki, Azər Bayramov bir müddət əvvəl iqtisadiyyat nazirinin müavini təyin edilib. O, xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 25 Fevral 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















