Icma.az
close
up
RU
Ceyhun sərrast nişançı idi

Ceyhun sərrast nişançı idi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Beş il bundan öncə göy üzünü buludlar aldı. Torpağa payız yarpaqları ilə birgə qan da töküldü. Səmadan yağış əvəzinə sinəmizə göz yaşları axdı, toy səslərini ah-nalə əvəzlədi. Qapıları şəhid xəbərləri döydü. Qonaq əvəzinə tabutlara qucaq açdıq. Qara günlərin sonunda Ali Baş Komandanın rəhbərliyi ilə cəsur ordumuzun qazandığı Zəfər xəbəri dərdlərimizi ovundurdu. Bir gözümüz ağlasa da, o biri güldü. 3 mindən çox Vətən oğlu bu Zəfər üçün canından keçdi. O oğullardan biri də əslən Tovuzdan olan şəhid Ceyhun idi.

Ceyhun Natiq oğlu Abbasov 8 fevral 1986-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini paytaxtın Elş ad Yəhyayev adına 56 saylı tam orta məktəbində alıb. Hərbi forma geymək, dövlətə hərbçi kimi xidmət etmək onun böyük arzusu olub. Buna görə, Cəmş id Naxç ıvanski adına Hərbi liseydə təhsil almaq arzusunda olub. Liseyə daxil ola bilməyən Ceyhun 9-cu sinfi bitirdikdən sonra təhsilinə texniki peş ə məktəbində davam edib.

Peşə məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətini uğurla başa vurub və bundan sonra peşəkar hərbçi olmaq arzusunu gerçəkləş dirmək qərarına gəlib.

Beləliklə, hərbi xidmətdə qalmağı seçən Ceyhun 2012-ci ildən Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçu (MAXE) kimi respublikanın müxtəlif bölgələrində, cəbhəyanı ərazilərdə və bilavasitə ön cəbhələrdə – Beyləqanda, Füzulidə, Tərtərdə, Ağdamda, Gədəbəydə xidmət edib... Snayper silahının ö zəlliklərinə daha da yaxından yiyələnmək üçün qardaş Türkiyədə “komando” kursları keçib, təkmilləşib və xüsusi təyinatlı snayper kimi şö hrət qazanıb. Son iş yeri isə Ş əmkir rayonundakı “N” saylı hərbi hissənin əks-həmlə taboru olub. Təcrü bəli hərbçi taborun snayper qrupunun komandiri idi.

Hərbçi dostları arasında “qarşısıalınmaz kəskin nişançı” olaraq tanınan Ceyhun xidmət etdiyi dö vrdə 50-yə yaxın xüsusi döyüş tapşırığını yerinə yetirib. O, “Azərbaycan Respublikası Silahlı Qü vvələrinin 95 illiyi (1918–2013)” yubiley medalı ilə təltif olunub.

İlk döyüş yoluna 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlanan və Azərbaycan–Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl–Füzuli istiqamətlərində baş verən döyüşlərdən başlayıb. Lələtəpə yüksəkliyinin alınmasında xüsusi fəallıq göstərən Ceyhun 2016-cı ilin Aprel döyüşlərindəki qəhrəmanlığına gö rə cənab Prezidentin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Döyüş təcrübəsi qazanan Ceyhun ikinci dəfə – 2020-ci ilin iyulunda dö vlət sərhədinin Tovuz istiqamətində düş mən hü cumunun qarş ısının alınmasında özünü sınayır. 4 günlük müharibədə canı-qanı bahasına qəhrəmanlıq göstərən oğ ullardan biri olaraq ö z fədakarlığ ı ilə fərqlənir. Mü dafiə naziri, general-polkovnik Zakir Həsənov Tovuz döyüşlərində gö stərdiyi şücaətə görə Ceyhun Abbasova xüsusi hazırlanmış qol saatı bağışlayıb və başqa mü kafatlarla təltif edib.

O, burada Ermənistan silahlı qüvvələrinin dörd hərbçisini zərərsizləşdirib. Hərbi təxribatlarına ara vermək istəməyən düşmənin müddətdən artıq hərbi qulluqçusu Aşot Mikaelyanı isə boğaz nahiyəsindən vuraraq, nə qədər sərrast atıcı olduğunu bir daha nü mayiş etdirib. Ceyhun Aşotu zərərsizləşdirəndə gecə saat 01:10 radələri olub... Bu hadisə xalqa mətbuat vasitəsilə Tovuz döyüşlərində iyulun 14–də şəhid olan Yaşar Babayevin qisasının alınması kimi çatdırılıb...

Qəhrəman gizirin son döyüşü Murov dağ silsiləsində yerləşən “Elşən zirvəsi” uğrunda olub. Müharibənin üçüncü günü–29 sentyabr 2020-ci ildə “Elşən zirvəsi” uğ runda gedən döyüşlərdə ayaq və bel nahiyəsindən yaralanan Ceyhun hərbçi yoldaşlarının təkidinə baxmayaraq, təxliyədən imtina edir. O, çətinliklə də olsa da, yaralarını özü sarıyıb, ağ rıkəsici iynə vuraraq döyüşə davam edir. O, qanı axa-axa, yaralı halında belə, düşmənə zərbə vurmağ ı bacarır. Həmin andakı vəziyyətə uyğun olaraq məcburi və ç evik qərar qəbul edən peş əkar hərbçi yanındakı yoldaşının “qumbaraatan”ını götürərək, erməninin dörd atəş istehkam məntəqəsini partladır. Dayanmadan irəli gedir. Qorxmaz hərbçimiz erməni postuna girərkən düşmənin açdığı atəş nəticəsində şəhid olur.

Amma Ceyhunun nəşini götürmək mümkün olmur. Ailəyə Ceyhunun şəhid olma xəbəri çatanda anası Ziyafət xanımın fəryadı ərşə yüksəlir. Atası Natiq Abbasovun ürəyi sızlasa da qəddini dikəltməyə çalışır və üzü Murova yol alır. Natiq bəy həyatının ən ağır günlərini orada – Murov silsiləsində yaşayır. Sentyabr bitir, oktyabr ötür, noyabr keçir, dekabr gəlir... Saçlarına dən düşən ata gözünü balasının nəşi qalan dağdan çəkmir. Hava gündən-günə dəyişir, yolu-izi qar basır... Balasının qar altında qalması onu mənən sarsıdır. Əlinin çatmadığı, ününün yetmədiyi Ceyhunu uğrunda canını qurban verdiyi torpağa tapşırmaq üçün həsrətlə gözləyir. Övladın ölümü bir dərddirsə, onu dəfn edə bilməmək daha ağır dərddir. Ata da, ana da həmin dərdi şəhid olma xəbərini aldığı ilk gündəki kimi yaşayır.

Nəhayət, 2 aydan çox müddətdə keçən axtarışdan sonra Ceyhunun nəşi tapılır və onu götürmək mümkün olur. Gizir şəhidimiz Ceyhun Abbasov 12 dekabr 2020-ci ildə II Fəxri xiyabanda dəfn edilir.

Şəhid gizirimiz ailəli idi, Ərtoğrul və Kəmalə adında 2 övladı yadigar qalıb. Ceyhunun valideynləri üçün onun itkisi nə qədər ağır olsa da, şəhidin yadigar balaları onların yaşama səbəbi və bir təsəllidir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Ceyhun Abbasov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət ordeni” ilə, həmçinin “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “İgidliyə görə” və digər medallarla təltif edilib.

Zərifə BƏŞİRQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri