Ceyhun Sultanov: “İrlandiya klubunun “Qarabağ”la oyunda geridönüş etmək üçün keyfiyyətli futbolçuları yoxdur”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
"İrlandiyanın "Şelbrun" klubunun "Qarabağ"la UEFA Çempionlar Lqasının II təsnifat mərhələsinin cavab görüşündə geridönüş etmək üçün keyfiyyətli futbolçuları yoxdur".
İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
46 yaşlı keçmiş yarımmüdafiəçi Ağdam təmsilçisinin cavab matçında da qələbə qazanacağını düşünür: “Qarabağ” ilk oyunda 3:0 hesablı qələbə qazanıb. “Şelburn”un geridönüş edəcəyi inandırıcı deyil. Çünki heyətində keyfiyyətli futbolçular yoxdur. “Qarabağ”a isə yeni futbolçular gəlib. Məncə, onlar uyğunlaşmaq və oyunlarını daha da yaxşılşadırmaq üçün meydana çıxacaqlar. Düşünürəm ki, “Qarabağ” bu matçda da qalib gələcək. Boşluqlar istər-istəməz hər oyunda olur. Amma İrlandiya klubunun, məsələn, “Qarabağ”ı 4:0 hesabı ilə məğlub etməyə gücü yoxdur. Təmsilçimizə uğurlar arzulayıram. Fikrimcə, komanda zamanla tam istənilən vəziyyətə gələcək”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Şelburn” matçı saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 29 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















