Icma.az
close
up
RU
Ceyms Bond olmaq istədi, amma... Rus casusluğuna cəhd edən şəxs həbs olundu

Ceyms Bond olmaq istədi, amma... Rus casusluğuna cəhd edən şəxs həbs olundu

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniyada Ceyms Bond kimi olmaq arzusunda olan 65 yaşlı Hovard Fillips Rusiya kəşfiyyatına casusluq etməyə çalışmaqda təqsirli bilinərək məhkəmə qarşısına çıxarılıb.

Qaynarinfo xəbər verir ki, ölkə mediasında yayılan məlumatlara görə, Uinçester Kral Məhkəməsində keçirilən prosesdə Fillips o dövrdə Britaniyanın müdafiə naziri olan Qrant Şappsın şəxsi məlumatlarını paylaşmağa cəhd göstərdiyi və xarici kəşfiyyat xidmətinə yardım etmək niyyətində olduğu səbəbilə məhkum edilib. Lakin Fillipsin əlaqə qurduğu Saşa və Dima adlı şəxslərin əslində Britaniya kəşfiyyatının əməkdaşları olduğu ortaya çıxıb.

Məhkəmə hökmün payızda elan ediləcəyini bildirərək Fillipsin həmin vaxta qədər həbsdə qalmasına qərar verib.

"WhatsApp"la casusluq, "ana" kod adı və gizli görüşlər

İstintaq materiallarına əsasən, Fillips 9 may 2024-cü il tarixində London və Esseks şəhərlərindəki ticarət mərkəzlərində həmin şəxslərlə görüşüb. Yazışmalarda Moskva sözünün əvəzinə "ana" sözünün istifadəsini istəyən Fillipsin "Ananızın mənim fəaliyyətimi tam şəkildə dəyərləndirəcəyini ümid edirəm" dediyi açıqlanıb.

O, görüş zamanı keçmiş müdafiə naziri Şappsın ev ünvanına da sahib olduğunu bildirib. Bundan bir ay əvvəl isə Londonun St. Pancras və Euston dəmiryolu stansiyalarının yaxınlığında bir velosiped üzərinə yaddaş kartı qoyduğu və burada "xarici gücə 100 faiz sədaqət və bağlılıq” ifadəsini əks etdirən sənədin olduğu müəyyən edilib.

Fillips 16 may 2024-cü ildə King's Kross dəmiryolu stansiyasında mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılıb.

Ceyms Bond olmaq istəyirdi

Britaniya Prokurorluğunun Terrorla Mübarizə Şöbəsinin rəhbəri Betan Devid Fillipsin "düşmən bir dövlətə xidmət etməyə hazır olduğunu açıq şəkildə göstərdiyini" deyib.

Devid əlavə edib: "Dövlət xidmətində çalışmaq və təhlükəsizlik icazəsi almaq səyləri, onun maddi qazanc naminə ölkəsinə verə biləcəyi zərəri vecinə almadığını göstərir".

Təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Amanda Fillips isə məhkəmədə ifadə verərək bildirib ki, ərinin kəşfiyyat məsələlərinə böyük marağı olub, MI5 və MI6 ilə bağlı filmləri tez-tez izləyib və Ceyms Bond kimi olmağı xəyal edib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri