Ceyranbatanda “Su aydınlıqdır”: şair yazıçılar da qatıldı
Icma.az, Axar.az saytına istinadən bildirir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Su çərşənbəsi (25 fevral), Beynəlxalq Poeziya (21 mart) və Ümumdünya Su Resursları Gününə (22 mart) həsr olunmuş “Su aydınlıqdır” mövzusunda tədbir keçirilib.
Axar.az xəbər verir ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində keçirilən bədii-praktik xarakterli tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul şəxsləri iştirak edib.
Tədbirə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, xalq şairi Vahid Əziz, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, professor Qulu Məhərrəmli, Dədə Ələsgər İctimai birliyinin sədri Xətai Ələsgər, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi İlhamə Qəsəbova qonaq qismində qatılıblar.
Tədbir iştirakçıları xam suyun filtirdən keçirilib, emal olunub, içməli su halına gətirilməsi, həmçinin labaratoriyada suyun keyfiyyətinin yoxlanılması prosesi ilə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 25 Fevral 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















