Icma.az
close
up
RU
“Cəzasının böyük hissəsini çəkib, indi isə həyatı təhlükədədir” Ana ölkə rəhbərliyindən kömək istəyir

“Cəzasının böyük hissəsini çəkib, indi isə həyatı təhlükədədir” Ana ölkə rəhbərliyindən kömək istəyir

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Övladım Ömərov Anar Məhəmməd oğlu 2015-ci ildə zavodda çalışan zaman iş yoldaşı Həmzəyev Anar Ramazan oğluna bıçaqla xəsarət yetirmiş, nəticədə adıçəkilən şəxs vəfat etmişdir. Baş vermiş hadisəyə görə, məhkəmənin hökmü ilə oğlum 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hazırda Anar Ömərov Qaradağ rayonu ərazisində yerləşən 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır və artıq cəzasının 10 il 5 ayını çəkib".

Bunu Balakən rayon sakini Ömərova Rəysət Nəcməddin qızı məhkum olan oğlu Ömərov Anar Məhəmməd oğluyla bağlı saytımıza ünvanladığı müraciətdə bildirib.

Müraciətdə qeyd olunur ki, A. Həmzəyev cəzaçəkmə müəssisəsində olduğu müddətdə infarkt keçirib. Aparılan tibbi müayinələr nəticəsində onun ürək damarlarında ciddi problemlər aşkarlanıb və həkimlərin rəyinə əsasən təcili stend əməliyyatı olunmalıdır. Lakin Anar Ömərovun məhkum statusunda olması səbəbindən bu əməliyyat icbari tibbi sığorta tərəfindən qarşılanmır. Ailənin isə əməliyyatın xərclərini ödəməyə maddi imkanı yoxdur. Ana deyir ki, oğlunun səhhəti günü-gündən pisləşir və bu, onun həyatı üçün ciddi risk yaradır.

R. Ömərova bildirir ki, cəzanın böyük hissəsinin icra olunması, həmçinin oğlunun ağır sağlamlıq vəziyyəti onunla bağlı humanist yanaşmanın tətbiq edilməsini zəruri edir. O, Prezident İlham Əliyevin imzaladığı amnistiya və humanist qərarları xatırladaraq, oğlunun da bu qərarlardan yararlanmasını arzuladığını vurğulayır.

“Bir ana olaraq bu vəziyyət mənim üçün çox ağırdır. Oğlum xəstədir, əməliyyata ehtiyacı var. Həbsdə olduğu üçün sığorta qarşılamır, bizim isə imkanımız yoxdur. Ümidimi yalnız dövlətimizin humanist siyasətinə bağlamışam”, – deyə müraciətdə qeyd olunur.

R. Ömərova ölkə rəhbərliyindən oğlunun təcili tibbi müalicə və stend əməliyyatı ilə təmin olunmasını, səhhətinin nəzərə alınaraq müvafiq humanist tədbirlərin görülməsini, mümkün olduğu təqdirdə amnistiya və ya vaxtından əvvəl azadlığa buraxılma imkanlarının dəyərləndirilməsini xahiş edir.

"AzPolitika.info"


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
seeBaxış sayı:87
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Dekabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri