Icma.az
close
up
RU
ChatGPT nin məsləhəti ilə səyahətə çıxdı, rəzil oldu

ChatGPT nin məsləhəti ilə səyahətə çıxdı, rəzil oldu

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Neyroşəbəkələr getdikcə gündəlik həyatımıza daxil olur. Xüsusilə də, daha çox insan xaricə səyahət planlaşdırarkən ChatGPT və ya onun analoqları ilə məsləhətləşir. Ancaq burada diqqətli olmaq lazımdır.

News24.az Lent.az-a istinadən  xəbər verir ki, təcrübəli səyahətçi Vinisius Koşta turistlərə bu barədə xəbərdarlıq edib.

O bildirib ki, ChatGPT-nin Əsas üstünlüyü ondan ibarətdir ki, neyroşəbəkələr çox qısa müddətdə kifayət qədər əsaslı görünən cavab verir. Bu, həm müstəqil şəkildə “Google” vasitəsilə axtarış aparmaqdan, həm də başqasından məsləhət istəməkdən xeyli sürətlidir. Lakin süni intellektin ciddi bir problemi var: o, əslində mövzunu anlamır, sadəcə alqoritm əsasında cavab yaradır.

Məsələn, ChatGPT sizə Parisdə mütləq görməli olan 10 məkanı sadalayacaq. Amma bu siyahıda nəqliyyat əlçatanlığı və obyektlərin iş saatları nəzərə alınmayacaq. Bu isə yalnız kiçik bir nüansdır, əslində isə daha ciddi situasiyalarla üzləşmək mümkündür.

Məqalə müəllifi İspaniyalı bloqer Məri Kaldassın başına gələn hadisəni misal göstərir. O, sevgilisi ilə birlikdə Karib dənizində yerləşən, ABŞ-a məxsus ada Puerto-Rikoya səyahət planlaşdırıb. Səfərdən əvvəl ChatGPT-yə müraciət edərək ora giriş üçün lazım olan sənədləri soruşub.

Çatbot ona inamla bildirib ki, İspaniya vətəndaşlarına Puerto-Rikoya getmək üçün viza lazım deyil. Texniki baxımdan bu, doğrudur: ispanlar ABŞ ərazisinə vizasız daxil ola bilərlər. Amma burada mühüm bir nüans var.

Son illərdə bir çox ölkə elektron səyahət icazəsi (ETA) sistemini tətbiq edir. Məsələn, ABŞ vətəndaşları Böyük Britaniyaya vizasız gedə bilər, amma onlar Britaniyanın ETA sistemində qeydiyyatdan keçməlidirlər. Bu sistem əslində onlayn viza kimidir, sadəcə “viza” adlandırılmır. Əgər istifadəçi məhz “viza” barədə soruşursa, ChatGPT əlavə bu detalı demir, çünki düşünmür, sadəcə alqoritmə əsaslanır.

İspaniyalı influenser isə ən böyük səhvi etdi. Çatbotdan vizaya ehtiyac olub-olmadığını soruşdu və cavabı “yoxdur” olduqda əlavə araşdırma aparmadı. Təəssüf ki, o və sevgilisi ESTA tələbini yalnız hava limanında, təyyarəyə minməyə hazırlaşarkən öyrəndilər.

Neyroşəbəkələr isə düzgün istifadə olunduqda faydalı ola bilər. Məsələn, xanım Kaldass ChatGPT-dən vizaya ehtiyac olub-olmadığını soruşduqdan sonra bununla kifayətlənməməli idi. Ən azı əlavə sual verməli idi: “İspaniya vətəndaşının ABŞ-a məxsus Puerto-Riko adasına qanuni daxil olması üçün hansı sənədlər tələb olunur?”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Avqust 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see349

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see307

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see299

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see291

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see239

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see237

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see232

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see215

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see193

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see180

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see177

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see177

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see174

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see174

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see173

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri