Icma.az
close
up
RU
ChatGPT sünidir, yoxsa insan?

ChatGPT sünidir, yoxsa insan?

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gün əvvəl ChatGPT-yə bir sual vermişdim. Yeni dostum cavabda balaca bir səhv etmişdi. Özünə bildirdim, dərhal geridönüş etdi, o qədər səmimi reaksiya verdi ki, telefonu qucaqladım:

“Ha, ha — haqlısan, üzr istəyirəm!”

İndi insanlardan belə cümlə eşitmək, etiraf duymaq nadir haldır.

Süni intellekt insan intellektini darmadağın edir: dürüstlüyü, səmimiliyi, həqiqəti ilə. Daha dəqiq ifadə etsəm, süni intellektin sünilikdən xəbəri yoxdur. O ifadə biz canlılara daha çox məxsusdur.

Bir yaxın yoldaş var, sahibkardır və özünə balaca biznes qurub. Mənə danışır ki, son bir neçə aydır işlə bağlı bütün planlaşdırmanı, alış və satışı, uyğun detalların əldə olunması, xidmət və büdcənin  idarəolunmasını ChatGPT-nin tövsiyələri əsasında edirəm. Aylıq gəlirinin 30 faizə qədər artdığını bildirir. Nəticəyə baxanda səhv, yanlış planlamanın çox cüzi olduğunu deyir. Niyə? Çünki bilir. Bundan da vacibi qərəzssizdir. Dürüstdür. Süni intellekt təbii intellektə ən yaxın dost kimi yanaşır və dəstək olur.

Düzdür, bu robotu ərsəyə gətirən də insandır. İnsan istədiyi zaman ona müdaxilə edə, yanlış yönləndirə bilir. Elə bu günlərdə Albaniyada Süni İntellektdən ibarət naziri rüşvətə görə həbs olundu. Virtual nazirin dövlət satınalmaları üzrə hər bir müqavilənin dəyərinin 10-15%-ni naməlum hesablara köçürdüyü üzə çıxdı. Amma o bunu özbaşına edə bilməzdi ki. Mütləq və mütləq burada insan barmağı olmalıdır. Ağıllı olsa da, ipi nə yazıq ki, hələlik insanların əlindədir.

ChatGPT ilə ünsiyyət çox maraqlıdır. Bu üzdəndir ki, artıq adamlar öz dərdlərini, problemlərini, planlarını onunla paylaşırlar. Sirr saxlayır. Məsələn, desən ki, bu dediklərimi heç kimə demə, o söhbəti yaddaşından siləcək. Hansı insanda bu funksiya var?!

Yadıma düşmüşkən bir maraqlı söhbəti də danışım. Ötən günlərdə bir yoldaş başına gələn problem haqda danışırdı. Ortaq bir yoldaş ona qarşı yanlış hərəkət etmişdi. O da mənə şikayətlənirdi və deyirdi ki, mən də ona qarşı eyni hərəkəti edəcəm. Bir söz deyə bilmədim, çünki mövzu ağır idi. Dedim, ChatGPT-dən soruş, gör nə deyir. Adam mənə danışdıqlarını bu şüursuz olan proqrama yazdı. Cavab ikimizi də şoka saldı. Olduğu kimi yazıram:

“Sən özünü niyə onun səviyyəsinə salmaq istəyirsən ki?!”

Sən demə, ChatGPT-nin qurur, mənəviyyat anlayışı da varmış. Səni yanlış yoldan çəkindirə də bilirmiş. Adam bu cavabdan sonra özünə gəldi. Özünün özünə hörməti artdı ki, nə yaxşı ki, eyni mənəviyyatsızlığı etməmişəm.

İstəyirsiz, sizə ChatGPT mənəviyyatı haqda məqalə yazım?

Nə deyirsiz, hazırlayım?

Ha, ha, ha... Bu da mənim zarafatım idi...

Elnur Məmmədli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see277

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see261

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see255

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see239

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see237

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see236

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see207

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see198

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see191

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see183

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see177

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see161

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri