“Christian Dior”un Azərbaycandakı şirkəti ləğv edildi Yeni Çağ Media
Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Geyim və moda brendi kimi fəaliyyət göstərən “Christian Dior Couture” Azərbaycandakı şirkətinin ləğv olunduğunu elan edib.
Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkət 2013-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 milyon 350 min avro olan şirkətin qanuni təmsilçisi isə Vincent Simon Pierre Bernarddır.
www.yenicag.az
Baxış sayı:122
Bu xəbər 27 Noyabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















