Icma.az
close
up
RU
CIDC 2025: “Kibercinayətkarlar üçün yeni oyun meydançası: “Ağıllı şəhərlər” panel sessiyası keçirilib

CIDC 2025: “Kibercinayətkarlar üçün yeni oyun meydançası: “Ağıllı şəhərlər” panel sessiyası keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defence Challenge 2025" tədbir çərçivəsində

“Ağıllı şəhərlər” mövzusunda keçirilən panel iclasında kibercinayətkarlığın yeni tendensiyaları, süni intellektin tətbiqi və onun təhlükəsizlik riskləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədovun moderatorluğu ilə keçirilən panel sessiyada Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxışında bildirib ki, süni intellektin tətbiqi sahələri sürətlə genişlənir və cinayətkarlar tərəfindən etik normaları pozan, qanunsuz modellər də istifadə olunur. “Praktikada rast gəlirik ki, süni intellektdən istifadə ilə təxribatçı əməliyyatların miqyası artır. Biz tərəfdarıyıq ki, təhlükəsizlik həlləri Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanmalı və dövlətin təhlükəsizliyini qorumaq üçün tətbiq olunmalıdır”, – deyə D.Rüstəmov qeyd edib.

Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov süni intellekt vasitəsilə yarana biləcək təhlükələrə qarşı monitorinq və kontentin analizinin önəmini vurğulayıb, risklərin dəyərləndirilməsi və preventiv tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müavini Şahin Əliyev çıxışında bildirib ki, ölkədə Milli süni intellekt strategiyası qəbul olunub, dövlət və özəl sektorla birgə innovativ həllərin tətbiqi, startapların dəstəklənməsi və vətəndaşların real təcrübədən keçməsi istiqamətində işlər aparılır.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Yusif Hüseynov isə qeyd edib ki, işçi qruplar vasitəsilə bank və digər qurumlarla birgə antifraud və kibertəhlükəsizlik tədbirləri həyata keçirilir, qanunsuz köçürmələr və fırıldaqçılıq halları dərhal aşkar edilir və qarşısı alınır.

Mərkəzi Bankın İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı əlavə edib ki, bank sektorunda risk əsaslı yanaşma tətbiq olunur, finsert funksiyası vasitəsilə insidentlərin anonim şəkildə paylaşılması və bütün iştirakçılar üçün preventiv tədbirlər görülməsi təmin edilir.

Panel iclasında natiqlər, həmçinin süni intellektin etik istifadəsi, kibertəhlükəsizlik protokollarının hazırlanması və ağıllı şəhər infrastrukturlarında risklərin azaldılması istiqamətində müzakirələr aparıblar.

Sonda paneldə çıxış edən iştirakçılara xüsusi sertifikatlar təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri