Icma.az
close
up
RU
Çilingər necə rəhbər oldu “Qanlı cırtdan”ın yüksəlişi: KONKRET

Çilingər necə rəhbər oldu “Qanlı cırtdan”ın yüksəlişi: KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ətrafımızda gördüyümüz bütün bu cəhənnəm əvvəlki dövrlərdə dünyanı daha yaxşı etmək cəhdlərinin nəticəsidir”.

26 sentyabr 1936-cı ildə Nikolay Yejov SSRİ Xalq Daxili İşlər Komissarı təyin edildi. O, bu vəzifədə Genrix Yaqodanı əvəzlədi. Artıq oktyabrın 1-də Yejov NKVD rəhbəri kimi səlahiyyətlərinin icrasına başlaması barədə ilk əmrini imzaladı.

Çox keçmədən bütün ölkə Yejovun “dəmir əlində” idi.

Tabeliyində çalışanlar onu “Dəmir xalq komissarı”, arxasınca isə “qanlı cırtdan” adlandırırdılar. Boyu cəmi 1 metr 51 santimetr idi və bəzi mənbələrdə onun xarici görünüşü ilə bağlı komplekslərinin davranışlarına təsir etdiyi iddia olunur. Həyat yoldaşı ona “Sərçə”, Stalin isə “Yejovik” deyə müraciət edirdi.

Yejovun ciddi təhsili yox idi. Anketdə “təhsil” bölməsinə “natamam aşağı təhsil” yazmışdı. Xüsusi hüquq və ya təhlükəsizlik təhsili də almamışdı. Əsas peşələri isə dərzilik və çilingərlik olmuşdu.

Lakin karyerasında onun üçün ən vacib xüsusiyyət başqa idi: əmrləri sonadək və tərəddüdsüz yerinə yetirməsi.

Yejovun rəhbərliyi dövrü tarixə “Yejovşina” adı ilə düşdü. Ölkədə “xalq düşmənləri”, “casuslar” və “etibarsız ünsürlərə” qarşı genişmiqyaslı repressiyalar həyata keçirildi. İnsanların taleyinin çox vaxt məhkəmədən kənar fəaliyyət göstərən “üçlüklər” tərəfindən həll edildiyi bu dövr SSRİ tarixinin ən qanlı səhifələrindən birinə çevrildi.

Repressiyaların miqyası barədə tarixçilərin hesablamaları müxtəlifdir. Yejovşina illərində yüz minlərlə insan güllələnməyə məhkum edildi, milyonlarla insan isə həbsxanalara və əmək düşərgələrinə göndərildi.

İronik olan isə budur ki, bütün bunlara baxmayaraq, Yejovun adı bir müddət şəhər və kəndlərə, küçələrə verilirdi. Onun haqqında sənədli filmlər çəkilir, adı sovet təbliğatının yaratdığı rəsmi tarixdə müxtəlif formalarda əbədiləşdirilirdi.

Yejovun şəxsi xarakteri də ziddiyyətli təsvir olunur. Ətrafındakılarla nəzakətli davrandığı, qadınlara qarşı nəcib münasibət göstərdiyi, poeziyanı, xüsusilə Sergey Yeseninin yaradıcılığını sevdiyi qeyd edilir. Xalq mahnılarına da maraq göstərirdi və bəzən şeirlərdən parçalar söyləyirdi.

Amma bu zahiri nəzakətin arxasında amansız repressiya aparatının rəhbəri dayanırdı.

Yejovun siyasi karyerası da onun hakimiyyətə gəldiyi sürətlə başa çatdı. 1938-ci ildə NKVD rəhbəri vəzifəsindən uzaqlaşdırıldı, sonradan həbs edildi. O, dövlət çevrilişinə hazırlıqda və digər ağır cinayətlərdə ittiham olundu.

Məhkəmə zamanı Yejovun özünə aid olduğu bildirilən məşhur ifadələrdən biri belədir:

“Mən 14 min çekisti təmizləmişəm. Amma mənim günahım ondadır ki, onları az təmizləmişəm… Ətrafımda xalq düşmənləri, mənim düşmənlərim var idi…”

Yejov ittihamları qəbul etdiyini bildirərək partiyaya və Stalinə sadiq qaldığını da vurğulamışdı.

4 fevral 1940-cı ildə Nikolay Yejov güllələndi.

Onun edamından sonra isə sovet sistemində artıq tanış olan proses başladı: Yejovun adını daşıyan yaşayış məntəqələri, küçələr və digər obyektlər yenidən adlandırıldı.

Daha sonra Yejov tarixdən də “silinməyə” başladı. Stalinlə birlikdə çəkilmiş bir sıra fotoşəkillərdə onun təsviri retuş edilərək yox edildi. Beləliklə, sovet siyasi sistemində yalnız insanlar deyil, onların şəkilləri və yaddaşdakı izləri də “arzuolunmaz” elan edilə bilirdi.

Tarixin acı ironiyası isə bundan ibarətdir: kiçikboylu NKVD rəhbərinin ölümündən sonra onun izlərini fotolardan silmək üçün retuş sənətindən istifadə edildi. Beləcə, Yejovun adı sovet tarixində həm kütləvi repressiyaların simvollarından biri, həm də hakimiyyətin tarixə və yaddaşa necə müdaxilə etdiyini göstərən nümunə kimi qaldı.

Ağagül Mürsəlov,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Sentyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri