Icma.az
close
up
RU
Çilinin nəqliyyat naziri: Qlobal karbon emissiyalarının 23 %i nəqliyyatın payına düşür

Çilinin nəqliyyat naziri: Qlobal karbon emissiyalarının 23 %i nəqliyyatın payına düşür

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nəqliyyat sektoru Paris Sazişi üzrə öhdəliklərə uyğun olaraq dekarbonizasiya yolunda irəliləmir.

"Report" xəbər verir ki, bunu Çilinin nəqliyyat naziri Xuan Karlos Munyoz COP29 çərçivəsində İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı zamanı “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.

"İqlim dəyişikliyi ilə mübarizədə nəqliyyat mühüm sektordur. Qlobal karbon emissiyalarının 23 %-i onun payına düşür. Təəssüf ki, bu sektor Paris Sazişi üzrə öhdəliklərə uyğun olaraq dekarbonizasiya yolunda irəliləmir. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) 84 %-ndə nəqliyyatla bağlı tədbirlər qeyd edilsə də, onun əhatə dairəsi və təfərrüatlar çox fərqlənir. Bu uyğunsuzluq ciddi boşluqlar yaradır. Bunu həll etmək üçün İTF Katibliyi tərəfindən hazırlanmış nəqliyyatın milli səviyyədə müəyyən edilmiş töhfələrə inteqrasiyası üzrə yeni bələdçini elan etməkdən məmnunam", - Çilinin nəqliyyat naziri deyib.

X. Munyozun sözlərinə görə, bu bələdçi mühüm bir resursdur və gələcək NDC-lərdə nəqliyyata dair yanaşmanın necə həyata keçiriləcəyinə dair ciddi rol oynayacaq: "Bu sənəd təlimatverici deyil. Əksinə, o, hökumətlərin öz milli şəraitlərinə, yollarına və yanaşmalarına uyğun olaraq istifadə edə və uyğunlaşdıra biləcəyi hərtərəfli çərçivə təklif edir. Hər ölkənin özünəməxsus çağırışları, imkanları və prioritetləri var və NDC-lər Paris Sazişinin ümumi məqsədləri ilə uzlaşaraq bu müxtəlifliyi əks etdirməlidir".

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Noyabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri