Icma.az
close
up
RU
Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində (FOTO +18)

Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində (FOTO +18)

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanlı fotoqraf Artur Abdullayev qadın bədəninin bütün gözəlliyini təsvir etmək üçün maraqlı şəkillər çəkib.

BAKU.WS-in məlumatına görə, gənc fotoqraf Artur Abdullayev "Art People" rubrikası çərçivəsində ös istedadını işə salaraq qadınların bədən quruluşunu fərqli üslubda gözlər önünə sərir. 

Fotoqraf BAKU.WS-in əməkdaşı ilə söhbətində bildirir ki, öz yaradıcılığında xarici fotoqrafların işlərindən bəhrələnib: "Xarici fotoqraflar qlamur çəkilişlərə üstünlük verirlər. "Nyu" şəkil sadəliyi tələb edir, pafosu sevmir. Gözəllik sadəlikdən ibarətdir. Əgər bu şəkilləri düzgün təqdim etməyi bacarsan, onda çox gözəl kompozisiya alınır".

Fotoqraf deyir ki, Azərbaycan tamaşaçısı daha çox qlamura üstünlük verir: "60-cı illərdəki stillərdə çəkilmiş ağ-qara şəkillər insanlarda daha az maraq oyadadır. Azərbaycanda insanlar daha çox rəngli şəkillərə üstünlük verirlər. Mən deyə bilərəm ki, bu janrda Azərbaycanda tək-tük fotoqraflardan biriyəm. İndi həqiqətən çox az insan bu janrda fəaliyyət göstərir. Çünki insanlar gəlirsiz hesab edərək bu janrda şəkil çəkməyə qorxurlar".

"Azərbaycanda qızlar (xanımlar) fotoqraflara güvənmirlər. 

Azərbaycanda hər xanım razı qalmaz ki, onun  "nyu” janrında şəkli çəkilsin. Fərqli düşünən və buna incəsənət kimi baxanların sayı azdır. Çoxları məndən qorxur (ehtiyat edir), deyirlər ki, tanımadıqları adama güvənə bilmirlər. Mən onları anlayıram, onların tanışları, dostları və ya qohumları bu şəkilləri görə bilər deyə düşünürlər. Elələri də var ki, şəkilləri sosial şəbəkələrdə pis tərəfdən yayacağımızı düşünür, amma bu qətiyyən qəbulolunmazdır. Adətən, "cəsarətli” xanımları tapanda, mən onlara fərqli seçimlər təklif edirəm, hansında onlar tam və ya qismən soyuna bilərlər. Əgər insan (model) özünə uyğun nəyi isə seçibsə, mən heç zaman seçim çərçivəsindən kənara çıxıb, onu aldadıb, kamera qarsısında soyunmağa məcbur etmərəm. 

"Çoxları pul qazanmaq üçün fotoapparat alır”

Bu banal səslənə bilər, amma indi çoxları qız ilə tanış olmaq üçün fotoapparat alır. Nəticədə, xanımlarda fotoqraflara qarşı inamsızlıq yaranır. Başqaları da var, onlar keyfiyyətli aparatı özlərini maddi cəhətdən təmin etmək üçün alırlar. Bu işə sırf  qazanc mənbəyi kimi baxırlar. Professionallıq, yaradıcı baxış və prossesin əsl mahiyyəti onlar üçün arxa plana keçir.

Onlar əsasən toyları və "lovestory”ləri çəkirlər. Mənə elə gəlir ki, bu, şəkillərin və ölkə fotoqraflarının haqqında olan düşüncəyə mənfi təsir göstərir. İnsanlar bizi ciddi qəbul etmirlər. Sevindiricidir ki, kommersiya ilə yaradıcılığı birləşdirənlər də var.

"Ümid edirəm ki, 5 ildən sonra bu janr daha da inkişaf etmiş olacaq”

Müxtəlif janrlarda şəkil çəkməyimə baxmayaraq, gələcəkdə özümü məhz "nyu” janrında görürəm. Mən istərdim ki, insanlar bu janrı mənfi qəbul etməsinlər, pornoqrafiyaya tay tutaraq, "incəsənət” ilə  "bayağılıq” arasında olan sərhəddi pozmasınlar. Qadın bədəni – incəsənətdir və tam bir kainatdır. Çəkiliş vaxtı, ona incəsənət obyekti kimi baxıram, hansını ki, mühitə təcəssüm etdirmək, şəklinə hekayə fikirləşərək işləmək lazımdır. Ümid edirəm ki, 5 ildən sonra bu janra daha çox diqqət göstəriləcək və fotoqraflar heç bir qorxu hissi olmadan öz işlərini sərgiləyə biləcəklər.

Fəridə Məmmədova 

BAKU.WS  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Aprel 2025 03:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri