“Şapka Mamed”in qardaşı oğlu şirkətinin əmlakını satır
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az-ın xəbərinə görə, “Şurabad Broyler” ASC-nin mülkiyyətində olan Xızı rayonunun Şurabad qəsəbəsində yerləşən əmlak kompleksi satılacaq.
Bununla bağlı qərar ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında veriləcək.
Qeyd edək ki, “Şurabad Broyler” ASC 1999-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Tofiq Musayevdir. Şirkətin nizamnamə kapitalı isə 193 min 290 manatdır.
Mətbuatda dərc olunan məlumatlara görə, T. Musayev “Şapka Mamed” kimi tanınan Məmməd Musayevin qardaşı oğludur.
M. Musayev “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentidir. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və cinayət işi hazırda davam edir.
Onu da qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” QSC-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb. Saxlanılanlar arasında “Şurabad broyler”in direktoru Tofiq Musayev də olub.
Könül Vəliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 12 Noyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















