Icma.az
close
up
RU
Çimərliklərdə də xəstələnmək olar: EHTİYATLI OLUN

Çimərliklərdə də xəstələnmək olar: EHTİYATLI OLUN

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Artıq bir neçə gündür ki, isti hava şəraiti ilə əlaqədar çimərliklərə gedənlərin sayı artıb.

Abşeron çimərliklərində hava şəraiti mövsüm üçün uyğundur. Belə ki, Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edir.

“Cebheinfo.az” xəbər verir ki, yayda dəniz və qum ən yaxşı istirahət sayılsa da, problemləri də az dyil. 

Həkimlər bildirirlər ki, ishal, ürəkbulanma, qarın ağrısı, bəzən qızdırma ilə müşayiət olunan infeksion qastroenteritlər yayda daha çox özünü göstərir. Bu problemlə üzlşməmək üçün ancaq istifadəsinə icazə verilən çimərliklərə getmək və dəniz suyunun udulmasının qarşısını almaq lazımdır.

Çünki dəniz suyunda olan toksik maddələr insan orqanizminə ilk zamanlar təsir etməsə də, müəyyən vaxt sonra sərbəst radikallar kimi fəsadlar yarada bilir.

Tövsiyə olunmayan yerlərdə dənizə girənlər vəba, salmonellyoz, meningit, konyunktivit, otit, dermatit, göbələk kimi bir sıra infeksion xəstəliklərə yoluxa bilərlər. Ən çox müşahidə olunan vəziyyət isə çirkli dəniz sularında patogen bağırsaq çöplərinə yoluxma hallarıdır. Xüsusilə, mədə-bağırsaq sistemində xroniki xəstəlikləri olanlar daha tez yoluxurlar. İmmun sistemi qüvvətli olduqda orqanizm xəstəliklə mübarizə apara bilir. Qarında ağrı, ishal, temperatur həmin xəstəliklərin əsas əlamətləridir. 

Dənizə alternativ kimi seçilən hvuz da tam təhkəsiz deyil. Hovuz suyuna konyunktivit, qulaq iltihabı, otit ola bilər. Hovuzun təmizlənməində istifadə olunanm kimyəvi maddələr də dəriyə mənfi təsir göstərə bilər, xüsusil də allergiyası olanlar üçün məsləhət görülmür. 

Müxtəlif törədicilər, mədə-bağırsaq sisteminin pozulması dəridə göbələk və digər xəstəliklər əmələ gətirir. Səpkilər, qızartılar, qaşınma özünü göstərir. 

Bu kimi hallardan sığortlanmaq üçün ancaq müvafiq qurumlar tərəfindən ekspertiza nəticələrinə əsasən təmiz hesab edilən çimərliklərə getmək məsləhət görülür.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri