Icma.az
close
up
RU
Çimərliklərə gedişlə bağlı YENİLİK: İstiqamət belə ola bilər 5 metrostansiya və… KONKRET

Çimərliklərə gedişlə bağlı YENİLİK: İstiqamət belə ola bilər 5 metrostansiya və… KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay aylarında şəxsi avtomobillərlə çimərliklərə kütləvi axın həm tıxaclara, həm də ekoloji problemlərə yol açır. Təklif edilir ki, bunun qarşısını almaq üçün həftəsonları “Azadlıq”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər” kimi metro stansiyalarından Novxanı, Sumqayıt, Nardaran, Zağulba, Kürdəxanı, Buzovna çimərlik zonalarına xüsusi avtobus marşrutları açılsın. Bildirilir ki, bu, həm ictimai nəqliyyatın əlçatanlığını artırar, həm də yolların yüklənməsinin qarşısını alar. Bəziləri isə ümumiyyətlə, çimərliklərə şəxsi maşınla getməyin qadağan edilməsini təklif edir.

Həftəsonları plyajlara şəxsi maşınla getməyin qarşını necə almaq olar?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli deyib ki, insanların şəxsi avtomobildən istifadəsinə birbaşa qadağa qoymaq hüquqi baxımdan mümkün deyil:

“Problemi yumşaltmaq üçün müxtəlif yollar düşünmək mümkündür. Məsələn, ictimai nəqliyyatı səfərbər edib plyajlara marşrut avtobusları təyin etmək olar. Yəni metro stansiyalarından – məsələn, “Azadlıq”, “Gənclik”, “Qara Qarayev”, “Koroğlu” və “Neftçilər”dən sözügedən istiqamətə müntəzəm avtobus reysləri təşkil olunarsa, bu, şəxsi nəqliyyat vasitələrinin sayının azalmasına səbəb ola bilər”.

Ekspert əlavə edib ki, bəzi hallarda yol nişanları vasitəsilə məhdudiyyətlərin tətbiqi mümkündür:

“Bəzi küçə və yolların girişində məlum saatlarda yük avtomobilləri üçün qadağa nişanları qoyulur. Eyni qayda ilə müəyyən ərazilərə şəxsi minik avtomobillərinin daxil olması da məhdudlaşdırıla bilər. Lakin bu məsələlər hüquqi müstəvidə və Dövlət Yol Polisi tərəfindən araşdırılmalıdır. İnzibati qadağalarla yox, rahat ictimai nəqliyyat və məlumatlandırma yolu ilə problemi tənzimləmək daha məqsədəuyğundur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 İyul 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri