Icma.az
close
up
RU
Çimərliyə gedən 100 uşağın xəstələndiyi iddia edilir

Çimərliyə gedən 100 uşağın xəstələndiyi iddia edilir

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Abşeron Rayon Mərkəzi Xəstəxanasına son günlər 100-dən çox uşaq gətirildiyi və onların əksəriyyətinin çimərliyə getdikdən sonra vəziyyətinin pisləşdiyi iddia olunur.

Oxu.Az xəbər verir ki, gələnlərin əksəriyyətinin Novxanı çimərliyi ərazisində olduqları, onlarda ishal, qızdırma və qusma kimi halların özünü göstərdiyi bildirilir.

Yetkin şəxslər isə dənizə getdikdən sonra ishal və mədə yanması yarandığını qeyd ediblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu verilsə də, hələ ki cavab yoxdur.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb:

"Hazırda Abşeron yarımadasında, respublikanın şimal və cənub rayonlarında fəaliyyət göstərən çimərliklərdə mərkəz tərəfindən monitorinqlər davam etdirilir. Monitorinqlər kompleks şəkildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb, dəniz suyunda bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir".

Maraqlıdır, bəs görəsən, çimərliklərdən uşaqlara hansı infeksiya keçə bilər?

Pediatr Aytən Ziyadova Oxu.Az-a açıqlamasında bildirib ki, xüsusilə dəniz sahilinə gedən uşaqlar arasında mədə-bağırsaq infeksiyalarının artması ciddi ictimai sağlamlıq problemidir:

"Bu tip hallarda infeksiyanın çirkli dəniz suyuna təmas vasitəsilə yayılması ehtimalı yüksəkdir. Enterovirus, koksaki virusları dəri səpgiləri ilə müşahidə edilən ağızda yaralar, boğaz ağrısı, qızdırma, iştahasızlıq və halsızlıqla nəticələnir. Uşaqlar bu virusa yoluxduqda daha ağır keçir. Rotavirus və norovirus da təhlükəlidir. Su ilə təmasda keçir. Tez-tez ishal, qusma, yüksək hərarət ilə özünü göstərir.

Bakterial infeksiyalardan salmonella, şigella, e.coli (Eşerixia koli) çirkli və kanalizasiya suyu qarışmış dəniz sularından keçə bilər. İshal, qızdırma, qarın ağrısı və bəzən qanlı ishal ilə özünü göstərir.

Parazitar infeksiyalardan giardia təmiz olmayan su ilə təmasda yoluxa bilər. Qarın şişkinliyi, ishal, halsızlıq və davamlı mədə narahatlığı yaradır. Əsas simptomları isə qusma, ishal, mədə yanması və ümumi halsızlıqdır".

O qeyd edib ki, uşaqlarda üç gündən artıq yüksək hərarət, ishal varsa, stasionar şəraitdə müalicə edilməlidir:

"Əsas diqqət edilməli əlamətlər iki dəfədən artıq qusma, dörd dəfədən artıq ishal, uşaqlarda ağız quruluğu, susuzluq, ağlayanda gözdən yaş gəlməməsi, sidiyə çıxa bilməmədir. Təcili yardımın lazım gəldiyi əlamətlərə yüksək, düşməyən hərarət, qanlı ishal, qusma ilə bərabər, halsızlıq və özündəngetmə aiddir.

Vətəndaşlar təmiz çimərliklərə üz tutsalar, yaxşı olar. Çimərlikdən sonra bədəni təmiz su ilə yumaq lazımdır. Həmçinin bədəni yoxlamaq lazımdır. Hər hansı səpgi olarsa, həkimə müraciət edilməsi sağlamlıq üçün vacibdir".

İnfeksionist Mərdan Əliyev Oxu.Az-a açıqlamasında vurğulayıb ki, bəzi ərazilərdə dəniz suyu çimmək üçün normativlərə uyğun deyil:

"Hər il Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dəniz suyundan nümunələr götürür. Müayinə nəticəsində çirklilik dərəcəsi, çimmək üçün uyğun olub-olmadığı müəyyən edilir. Xüsusilə Şıx çimərliyində, habelə digər ərazilərdə çirklilik yüksəkdir və çimmək üçün yararsızdır. Suda e.koli indeksi normadan yüksək çıxır. Dənizlər kanalizasiya suları ilə çirklənmiş vəziyyətdədir. Yaşlılar və uşaqlar üçün bu suda çimmək tövsiyə edilmir. Çünki onların immun sistemi zəifdir. Suda olan bakteriyalar onlara daha çox təsir edir.

Suyun udulması, hansısa formada suda təmasda olmaq, əllər yuyulmadan qidaların qəbul edilməsi mədə-bağırsaq sistemində müəyyən xəstəliklərə səbəb ola bilər. Bu zaman ishal baş verir. İshal su və elektrolitlərin itirilməsinə səbəb olur. Vaxtında müalicə edilmədikdə ölümə gətirib çıxara bilər. Xüsusilə də uşaqlarda bu baş verə bilir".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Avqust 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri