Icma.az
close
up
RU
Çimərliyə gedənlər oxusun! 6 VACİB QAYDA

Çimərliyə gedənlər oxusun! 6 VACİB QAYDA

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dəniz suyu, havası, isti dəniz qumu - bütün bunlar əsl sağlamlıq mənbəyidir.

Lakin çimərlikdə dincələndə bəzi sadə qaydalara əməl etmək lazımdır ki, bu istirahət sizə ziyan deyil, yalnız fayda versin.

1. Su için!

Çimərlikdə dincələndə mütləq yanınızda adi təmiz su saxlayın və vaxtaşırı olaraq suyu kiçik qurtumlarla için. Günün altında olan insanda susuzlaşma tez inkişaf edir. Susuzlaşma çox ziyanlıdır - ürək-damar, sinir sisteminin, böyrəklərin fəaliyyətini pozur, qocalmanı tezləşdirir. Susuzlaşmanın qarşısını almaq üçün tez-tez su için.

Şirin qazlı sular, enerji içkiləri, spirtli içikələri çimərlikdə içməyin. Onlar susuzlaşmanı daha da artırır, orqanizmə ciddi ziyan vurur.

2. Gündən qoruyan vasitələri unutmayın!

Hər 2 saatdan bir dərinizə gündən qoruyan krem çəkin. Bu vasitələr dərini ultrabənövşəyi şüaların ziyanlı təsirindən qoruyur.

Son zamanlar alimlər bir çox gündən qoruyan kremlərin az effektli olduğunu aşkar ediblər. Yaxşı keyfiyyətli kremlərdən istifadə edin, kremləri aptekdən alın.

Alternativ variant - təbii yağlardır. Bəzi yağlar da dərini gündən qoruyan istənilən kremdən daha yaxşı qoruyur. Bu yağlar arasında - təbii zeytun, çaytikanı, küncüt, kokos, avokado yağıdır.

Krem və ya yağı günə çıxmamışdan 10-15 dəqiqə əvvəl bədəninizə çəkin, dənizdən çıxdıqdan sonra krem çəkməyi unutmayın.

3. Nəm çimərlik geyiminizi mütləq dəyişin!

Bu həm kişi, həm də qadınlara aiddir. Nəm çimərlik geyimində qalmaq sidik-cinsiyyət sistemi xəstəliklərinin riskini artırır, bu sistemdə mövcud olan xəstəliklərin kəskinləşməsinə səbəb olur.

4. Gündən qoruyan eynək taxın!

Saglamolun.az bildirir ki, gün şüaları gözlərimiz üçün ziyanlıdır. Şüalanma bir çox göz xəstəliklərinin (katarakta və s.) inkişafı riskini artırır.

Keyfiyətli gün eynəklərindən istifadə edin. Ucuz eynəklər heç nədən qorumur və əksinə əlavə təhlükə yaradır.

5. Çimərlikdə düzgün qidalanın!

Çimərlikdə süd və ət məhsulları yeməyin. Bu kimi məhsullar isti havada orqanizmi artıq yükləyir və həmçinin zəhərlənməyə səbəb ola bilər. Çimərlikdə meyvə-tərəvəz, qoz-fındıq, tum və adi sudan əlavə digər qidaları qəbul etməyin.

6. Başınıza panama, kepka taxın!

Bu sizi günvurmadan qoruyacaq. Bundan əlavə panama saçınızı günün mənfi təsirindən qoruyur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri