Icma.az
close
up
RU
Çin ABŞ dan idxal olunan məhsullara rüsum tətbiq etməyə başlayıb

Çin ABŞ dan idxal olunan məhsullara rüsum tətbiq etməyə başlayıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bu gün Çinin ABŞ-dan idxal olunan bəzi məhsullara əlavə rüsum tətbiqi barədə qərarı qüvvəyə minib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının gömrük rüsum komissiyası məlumat yayıb.

Qurum əlavə rüsumların tətbiq olunacağı malların siyahısını da dərc edib. Çin tərəfi ABŞ-dan idxal olunan kömür və maye qaza 15 faiz, xam neft, kənd təsərrüfatı texnikası, iri avtomobillər və pikaplara isə 10 faiz əlavə tariflər tətbiq etməyə başlayıb.

Qeyd edək ki, ABŞ mallarına əlavə rüsumların tətbiqi Donald Tramp Administrasiyasının Çindən idxal olunan məhsullara 10 faizlik əlavə rüsum tətbiqi barədə qərarına rəsmi Pekinin cavabıdır. Çin təkcə rüsum cavabı ilə kifayətlənməyib. Çinin Kommersiya Nazirliyi və Baş Gömrük Administrasiyası nadir metalların, o cümlədən volfram, tellur, bismut, molibden və indiumun ixracına fevralın 4-dən məhdudiyyət tətbiq etməyə başlayıb.

Bundan başqa, rəsmi Pekin Çin müəssisələri ilə adi əməliyyatları dayandırmaqla və Çin firmalarına qarşı ayrı-seçkilik tədbirləri görməklə normal bazar əməliyyatları prinsipini pozduğu üçün ABŞ-ın “PVH Group” və “Illumina” şirkətlərini etibarsız müəssisələr siyahısına salıb, ABŞ-ın rüsum qərarından Dünya Ticarət Təşkilatına şikayət edib, Dövlət Bazar Tənzimləmə İdarəsi anti-inhisar qanunlarını pozmaq şübhəsi ilə “Google”a qarşı istintaqa başlayıb.

Bəzi ekspertlər hesab edir ki, qarşılıqlı rüsum tətbiqi barədə qərarlar əslində iki ölkə arasında növbəti “ticarət müharibəsi”nin başlanması deməkdir. Donlad Tramp hələ ilk prezidentliyi dövründə Çinə qarşı sərt mövqeyi ilə yadda qalıb. Həmin dövr ABŞ-Çin münasibətlərində, xüsusən də iqtisadi-ticari əməkdaşlıqda olduqca böyük gərginlik yaranmışdı. Təsadüfi deyil ki, həmin dövrdə Çin-ABŞ münaibiətləri son onilliklərin ən aşağı səviyyəsinə enmişdi.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri 

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Fevral 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri