Icma.az
close
up
RU
Çin ABŞ dialoqu: qarşıdurma təhlükəsi və konsensus imkanları

Çin ABŞ dialoqu: qarşıdurma təhlükəsi və konsensus imkanları

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Çen Syu deyib ki, Çin hökuməti ABŞ ilə ticarət tariflərini müzakirə etməyə hazırdır: "Dialoq bərabərliyə, qarşılıqlı hörmətə və qarşılıqlı faydaya əsaslanmalıdır. Amerikalılara gəlincə, bütün bu prosesin təşəbbüskarı məhz onlardır. Beləliklə, onlar düzgün təməl və ya atmosfer yaratmaq üçün lazımi addımları atmalıdırlar".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 3-də bir çox ölkələrdən ABŞ-yə məhsul idxalına qarşılıqlı tariflər elan edib.

Amma Tramp maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutniklə danışdıqdan sonra iqtisadi tariflərin tətbiqini dayandırıb: “Nazirlər Trampı aqressiv tarif planını dayandırmağa çağırsalar da, ABŞ prezidentinin ticarət müşaviri Piter Navarro rüsumları saxlamaqda israr edib. Bessent və Lutniklə danışdıqdan sonra Tramp özünün “Truth Social” səhifəsində bəzi tarifləri dayandırmaq qərarına gəldiyini yazıb”.

İstənilən halda yaxın perspektivdə Ağ Ev administrasiyasının qlobal iqtisadiyyatın dağılmasına hesablanan qərar verməyəcəyi istisna olunmamalıdır.

“Xalq Cəbhəsi” mövzunu politoloqlarla araşdırıb.

“Biz bu siyahıda Azərbaycanı da görürük”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı “ABŞ-nin gömrük tariflərinin yüksəldilməsi ilə bağlı siyasəti qısa zamanda mənfi nəticələr verdi: “Donald Tramp hakimiyyətə gəlmədən öncə gömrük tarifləri ilə bağlı bəyanatlar səsləndirmişdi. Gömrük tariflərinin yüksəldilmiş formada tətbiq edildiyi ölkələrin siyahısında ABŞ-yə həm rəqib, həm dost, müttəfiq olan dövlətlər, həm də onunla normal münasibətlər qurmağa çalışan dövlətlər də yer alırdı. Yəni siyahıda Çindən Yaponiyaya qədər bir çox dövlətlər var”.

“Bu sadəcə gömrük siyasəti deyil”

Politoloqun sözlərinə görə, təbiidir ki, bu addəm geniş şəkildə tətbiq olunarsa, qlobal iqtisadiyyata verdiyi mənfi təsirlərlə yanaşı, eyni zamanda, dövlətlərarası münasibətlərə və ABŞ-nin təcrid siyasətinə də öz təsirini göstərəcək: “Bununla bağlı ABŞ daxilində etiraz dalğasının müşahidə olunması təsadüfi deyildi. Xüsusən də Demokratlar Partiyası tərəfdarlarının bu etirazlara daha ciddi şəkildə qatılması müşahidə olundu. Çünki bu proses ABŞ-nin xarici siyasət istiqamətlərinə olduqca mənfi təsiri ilə seçiləcək bir siyasətdir. Bilirik ki, bu sadəcə gömrük siyasəti deyil. Tramp hakimiyyətə gələr-gəlməz müəyyən ərazi iddiaları ilə də dünyaya səs-küy salmağı bacardı. Elə bu fonda da münasibətlərin və həm siyasi, həm iqtisadi parametrlərin heç də ABŞ-nin özünün də xeyrinə olmayacağını proqnozlaşdıra bilərik”.

“Trampın tarifləri əks reaksiya doğurur”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi və Bakı Dövlət Universitetinin müəllimi, politoloq Sultan Zahidov qeyd edib ki, ABŞ-nin gündəmdə olan tarif siyasətinin qlobal iqtisadiyyata böyük təsirləri var: “ABŞ dünyanın bir nömrəli iqtisadiyyatına sahib, dünyanın əksər ölkələri ilə ticarəti olduğuna və maliyyə sisteminin digər ölkələrdəki maliyyə sisteminə bağlı olduğuna görə bu siyasətin dünya iqtisadiyyatına müəyyən təsirləri mövcuddur.

Biz gördük ki, Trampın tarif siyasəti əks reaksiya doğurdu. Yəni digər ölkələr də ABŞ-yə qarşı adekvat tədbirlər görəcəklərini bildirdilər. Bu da ilk növbədə dünyada məhsulların qiymətində artım baş verməsinə gətirib çıxarır. Yəni idxalçılar əlavə rüsumlar ödədiyinə görə onlar məcbur olub məhsulun qiymətini qaldırırlar. Belə olanda daxili bazarda da qiymətlər artmağa doğru gedir və bu da inflyasiyaya səbəb olur. İkinci tərəfdən dünyanın ticarət zəncirində problemlər yaranır. Yəni artıq ixracatçılar əlavə gömrük rüsumları tətbiq olunarsa, ABŞ-yə məhsul satmağa tərəddüd edəcəklər. Bu da qlobal təchizat zəncirini axsadacaq”.

“Bu, əks effekt verir”

O əlavə edib ki, digər tərəfdən bu tariflər iqtisadiyyatın müəyyən sahələrinə daha çox təsir edir: “Məsələn, avtomobil sənayesi, kənd təsərrüfatı sahələri və s. Bu sahələrin də inkişafı istər-istəməz mənfi təsirlərə məruz qalır. Yəni ümumlikdə qlobal iqtisadiyyat bu tariflərdən ciddi şəkildə ziyan görür. Bu, ABŞ-nin uzun illərdir yaratmağa çalışdığı qlobal liberal nizamın prinsiplərinə ziddir. Düzdür, Trampın bunda məqsədi ölkə sənayesini stimullaşdırmaqdır. Buna proteksionizm deyirlər. Lakin bu, əks effekt verir”.

“Bu siyasət ABŞ üçün istənilən nəticəni vermir”

S.Zahidovun bildirdiyinə görə, ABŞ,Yaponiya birjasında səhmlərin qiymətləri, eləcə də neftin qiyməti ciddi şəkildə aşağı düşür: “Bu da eyni zamanda neft ixrac edən ölkələrin iqtisadiyyatına təsirsiz ötüşmür. Birmənalı şəkildə deyə bilərik ki, dünya iqtisadiyyatı hələki bundan ciddi şəkildə ziyan görməkdədir. Ona görə də artıq ABŞ-də hətta Respublikaçılar partiyası arasında müəyyən kəsimlər var ki, Trampın bu siyasətini sorğulamağa və ona şübhə ilə yanaşmağa başlayıblar. Bundan sonra da ehtimal oluna bilər ki, Tramp bu siyasətinə qayıtmasın, yaxud müəyyən düzəlişlər etsin. Çünki hələki bu gömrük siyasəti ABŞ üçün istənilən nəticəni vermir. Düzdür, bəzi iqtisadçılar deyir ki, uzun müddət bu, müsbət effektlər verəcək. Amma həmin vaxta qədər həm ABŞ istehlakçıları, həm də dünyadakı istehlakçılar bu tarif rüsumlarının tətbiqindən ziyan görmüş olacaq”.

“Qlobal iqtisadiyyatda düşüşlər gözlənilir”

Politoloq Kazım Kazımov diqqətə çatdırıb ki, Donald Trampın tarif siyasətinə baxdıqda burada tamamilə iqtisadi məsələlərdən daha çox siyasi məsələlərin ön plana çıxdığını görürük: “İndiki ABŞ administrasiyası hesab edir ki, bu günə qədər ABŞ-yə tariflər tətbiq edilib, ABŞ-nin tətbiq etdiyi tariflər isə çox aşağı olub. Ona görə də burada digər dövlətlər qazanclı çıxıb, lakin ABŞ bir şey əldə edə bilməyib. Bu səbəbdən ABŞ tarifləri artırır. Tariflərin artırılması da dünyada istehlak bazarına mənfi təsir edir. O cümlədən ABŞ-yə, qlobal ixracata da mənfi təsirləri var...Çünki dünya bu yeni siyasi atmosferə hələ uyğunlaşmayıb. Buna görə qlobal iqtisadiyyatda düşüşlər gözlənilir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Aprel 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see461

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see277

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see276

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see265

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see264

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see257

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see247

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see244

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see237

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see236

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see236

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see229

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see222

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see219

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see218

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see217

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see199

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see196

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see192

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri