Çin ABŞı dünyadakı bütün laboratoriyaları haqda həqiqəti açıqlamağa çağırır
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Birləşmiş Ştatlar öz bioloji laboratoriyaları haqqında dünya ictimaiyyətinə məlumat verməlidir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Szyan Pekində keçirdiyi brifinqdə bildirib.
“Birləşmiş Ştatlar beynəlxalq ictimaiyyətin əsaslı narahatlıqlarına tez reaksiya verməli, ölkədə erkən şübhəli xəstəlik halları ilə bağlı məlumatları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə aktiv şəkildə paylaşmalı, Fort Detrik və onun bütün dünyada bioloji laboratoriyaları haqqında açıq danışmalıdır", deyə diplomat ifadə edib.
O, amerikalı konqresmenlərin koronavirusun Uhandakı laboratoriyada meydana çıxması ilə bağlı iddialarını belə şərh edib.
Lin Szyan həmçinin ABŞ-ı koronavirusun mənşəyi məsələsini siyasiləşdirməməyə və digər ölkələri ləkələməyi dayandırmağa çağırıb.
O xatırladıb ki, koronavirusun laboratoriya sızması nəzəriyyəsi Uhana səfər etdikdən sonra ÜST mütəxəssisləri tərəfindən “çox az ehtimal” kimi təsvir edilib.
Xatırladaq ki, Amerikanın bioloji laboratoriyalarından biri Almatıda 2016-cı ildən fəaliyyət göstərir. Digəri isə Jambil rayonunda tikilir.
Ülviyyə, Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Dekabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















