Çin AES tikintisində Qazaxıstana dəstək verməyə hazırdır AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Astana, 14 dekabr, AZƏRTAC
Çin Xalq Respublikası atom elektrik stansiyasının (AES) tikintisi layihəsinin həyata keçirilməsində Qazaxıstana dəstək verməyə hazırdır.
AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə bu ölkənin energetika naziri Almasadam Satkaliyevin başçılıq etdiyi nümayəndə heyətinin ÇXR-ə işgüzar səfəri zamanı məlum olub.
Dekabrın 10-dan 13-dək səfəri çərçivəsində o, Çin Xalq Respublikasının Dövlət Enerji İdarəsinin və Atom Enerjisi Agentliyinin rəhbərliyi ilə danışıqlar aparıb.
Danışıqlarda nüvə enerjisi, neft-qaz sənayesi, elektrik enerjisi sənayesi və bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, oktyabrın 6-da Qazaxıstanda referendum keçirilib və vətəndaşların əksəriyyəti AES tikintisini dəstəkləyib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 14 Dekabr 2024 01:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















