Çin alimləri insan bədəninin istiliyindən istifadə edərək smartfonları enerji ilə doldurmağın üsulunu icad ediblər
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.
Çin alimləri insan bədəninin istiliyini elektrik enerjisinə çevirə bilən elastik material yaradıblar ki, bu da gələcəkdə özünü dolduran “ağıllı” geyim yaratmağa imkan verəcək. Bu barədə TASS “South China Morning Post” qəzetinə istinadən məlumat yayıb.
Nəşr tədqiqat qrupunun rəhbəri, Pekin Universitetinin materialşünası Ley Tinqin sözlərini sitat gətirir: “Biz dünyada ilk olaraq termoelektrik rezin konsepsiyasını təklif edirik”. Əsas yenilik yarımkeçirici polimerləri elastik rezinlə birləşdirən hibrid strukturdur. Material ənənəvi qeyri-üzvi materiallarla müqayisə edilə bilən yüksək elektrik keçiriciliyi və termoelektrik xassələri saxlamaqla, orijinal uzunluğunun 850%-dən çoxunu uzatmağa qadirdir.
Tədqiqatları “Nature” jurnalında dərc olunan Çinli alimlər qrupu, adətən 37 dərəcə olan insan bədəni ilə 20 ilə 30 dərəcə arasında dəyişən ətraf mühit arasındakı temperatur fərqindən istifadə edərək onu elektrik enerjisinə çevirməyə çalışıb.
Qəzet yazır ki, ixtira geyilə bilən cihazların tez-tez şarj edilməsi problemini həll edə bilər. Alimlər materialı cibdə telefonu enerji ilə doldura və bədən istiliyini tənzimləyə biləcək paltarın içinə yerləşdirməyi planlaşdırırlar. Digər potensial tətbiqlərə xarici batareyalar tələb etməyən tibbi sensorlar daxildir.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 02 Sentyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















