Icma.az
close
up
RU
Çin aviaşirkəti dünyanın ən uzaqməsafəli birbaşa uçuşlarına başlayıb

Çin aviaşirkəti dünyanın ən uzaqməsafəli birbaşa uçuşlarına başlayıb

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Çinin 3 əsas aviasiya şirkətindən olan “China Eastern Airlines” Şanxay ilə Buenos-Ayres arasında dünyanın ən uzaqməsafəli birbaşa müntəzəm uçuşlarına başlayıb.SİA yerli mənbələrə istinadən xəbər verir ki, ilk uçuş dekabrın 4-də reallaşıb. Şanxayın “Pudon” beynəlxalq hava limanından qalxan təyyarə 20 min kilometr məsafəni qət edərək təxminən 25 saatlıq uçuşdan sonra Argentina paytaxtına çatıb.Yeni marşruta Yeni Zelandiyanın Oklend şəhərində ikisaatlıq dayanacaq da daxildir. Burada sərnişinlər təyyarədən düşə və dincələ bilərlər. Dayanacağa baxmayaraq, reys birbaşa hesab olunur, çünki bütün səfər boyu eyni təyyarə və eyni reys nömrəsi istifadə olunur. Lakin o, ən uzun fasiləsiz reys sayılmır. Beynəlxalq aviasiya standartlarına əsasən, əgər sərnişinlər təyyarəni və reys nömrəsini dəyişmirsə, dayanacaqlar birbaşa aviareys anlayışına daxil edilir. Fasiləsiz reys isə əksinə, heç bir dayanacaq etmir və qalxandan enənə qədər eyni təyyarə uçuşu həyata keçirir.Avropa və Şimali Amerikada eniş, bir neçə dəfə təyyarə dəyişməsini tələb edən ənənəvi 30 saatlıq şimal marşrutundan fərqli olaraq, bu yeni cənub marşrutu ümumi səyahət vaxtını azaldır. Uçuşun Oklend-Buenos-Ayres hissəsi Argentina ilə Asiya-Sakit okean regionu arasında yeganə birbaşa hava əlaqəsini təmin etməklə yanaşı, həm də cənub yarımkürəsində azsaylı qitələrarası uçuşlardan biri olub.“China Eastern Airlines” reysi geniş füzelyajı olan “Boeing 777-300ER” təyyarəsi ilə uçuşları həftədə iki dəfə icra edəcək. Dekabr reysləri üçün birtərəfli ekonom sinif biletlərinin qiyməti 1538–2270 ABŞ dolları arasında dəyişir. Biznes sinifdə biletlərin qiyməti isə 5000 dollardan başlayır.Qeyd edək ki, hazırda dünyanın ən uzun fasiləsiz reysi “Singapore Airlines” aviaşirkəti tərəfindən icra olunur. Bu reys Sinqapurda “Çangi” hava limanı ilə Nyu-Yorkdakı JFK aeroportunu birləşdirir. Uçuş 15 349 kilometr məsafəni qət edir və 18 saatdan çox çəkir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:290
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri