Icma.az
close
up
RU
Çin aviaşirkəti dünyanın ən uzun “birbaşa reysi”ni işə salır

Çin aviaşirkəti dünyanın ən uzun “birbaşa reysi”ni işə salır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

“China Eastern Airlines” aviaşirkəti Şanxay ilə Buenos-Ayres arasında əlaqə yaradan reysə biletlərin satışına başlayıb və onu “dünyanın ən uzun birbaşa reysi” kimi təqdim edir.

AZƏRTAC xəbər verir ki, “Business Insider”in məlumatına görə, 20 min kilometr məsafəni əhatə edən Şanxay–Buenos-Ayres səfəri təxminən 25 saat yarım çəkir, əks istiqamətə uçuş isə təqribən 29 saat davam edir.

Avropa və ya Şimali Amerikada eniş və bir neçə dəfə təyyarə dəyişməsini tələb edən ənənəvi 30 saatlıq şimal marşrutundan fərqli olaraq, bu yeni cənub marşrutu ümumi səyahət vaxtını azaldır.

Yeni marşruta Yeni Zelandiyanın Oklend şəhərində ikisaatlıq dayanacaq da daxildir. Burada sərnişinlər təyyarədən düşə və dincələ bilərlər.

Dayanacağa baxmayaraq, reys birbaşa hesab olunur, çünki bütün səfər boyu eyni təyyarə və eyni reys nömrəsi istifadə olunur. Lakin o, ən uzun fasiləsiz reys sayılmır.

Beynəlxalq aviasiya standartlarına əsasən, əgər sərnişinlər təyyarəni və reys nömrəsini dəyişmirsə, dayanacaqlar birbaşa aviareys anlayışına daxil edilir. Fasiləsiz reys isə əksinə, heç bir dayanacaq etmir və qalxandan enənə qədər eyni təyyarə uçuşu həyata keçirir.

“China Eastern Airlines” reysi geniş füzelyajı olan “Boeing 777-300ER” təyyarəsi ilə həyata keçiriləcək və dekabrın 4-dən başlayaraq həftədə iki dəfə icra olunacaq. Aviaşirkətin saytında göstərilən məlumata əsasən, dekabr reysləri üçün bir tərəfli ekonom sinif biletlərinin qiyməti 1538–2270 ABŞ dolları arasında dəyişir. Biznes-sinifdə açılıb-bağlanan kreslolu biletlərin qiyməti isə 5000 dollardan başlayır.

Hazırda dünyanın ən uzun fasiləsiz reysi “Singapore Airlines” aviaşirkəti tərəfindən icra olunur. Bu reys Sinqapurda Çangi hava limanı ilə Nyu-Yorkdakı JFK aeroportunu birləşdirir. Uçuş 15 349 kilometr məsafəni qət edir və 18 saatdan çox çəkir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri