Icma.az
close
up
RU
Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ KONKRET

Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çin hökuməti paralel avtomobil ixracı ilə bağlı qaydaların sərtləşdiriləcəyini açıqlayıb. Yeni qərara əsasən, istehsal tarixindən 6 aydan az müddət keçən avtomobillərin ölkədən çıxarılmasına icazə verilməyəcək. Bu addım xüsusilə paralel idxal mexanizmi ilə avtomobil alan ölkələrə təsir göstərəcək.

Son dövrlərdə Azərbaycanın Çindən avtomobil idxalı kəskin artıb və gətirilən nəqliyyat vasitələrinin böyük hissəsi paralel idxal hesabına baş tutur. Bu baxımdan, Pekinin ixrac məhdudiyyəti 2026-cı ildə Azərbaycan bazarında müəyyən dəyişikliklərə səbəb ola bilər.

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Çin hökumətinin qərarı həm idxal həcminə, həm də qiymətlərə təsir göstərəcək:

“Çin hökumətinin bu qərarı idxal olunan Çin avtomobillərinin qiymətində yüksəlməyə səbəb olacaq. O cümlədən də Azərbaycanda qiymət artımı qaçılmazdır. Paralel idxal çətinləşdiyi üçün həm logistika, həm də təklif baxımından məhdudiyyətlər yaranacaq. Bu da bazarda süni çatışmazlıq effekti yaradaraq qiymətləri qaldıracaq”, – deyə ekspert vurğulayıb.

Cəfərov əlavə edib ki, 2026-cı ildə xüsusilə yeni istehsal olunan modellərin ölkəyə gətirilməsi daha da çətinləşəcək, bu isə rəsmi dilerlərin rolunu artıracaq:

“Rəsmi dilerlərin satışları nisbətən artacaq, çünki paralel idxal azaldıqca alıcılar məcburən diler bazarına yönələcəklər. Amma bu da avtomobillərin qiymətlərinin ümumi fonunu artıracaq”, – ekspert qeyd edib.

Nəticə etibarilə, Çin hökumətinin yeni ixrac sərtləşdirmələri 2026-cı ildə Azərbaycanın avtomobil bazarında qiymət artımı, təklifin azalması və paralel idxalın zəifləməsi ilə müşahidə oluna bilər.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Noyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri