Icma.az
close
up
RU
Çin avtomobillərinin ucuz olmasının 15 əsas səbəbi

Çin avtomobillərinin ucuz olmasının 15 əsas səbəbi

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Çin avtomobillərinin nə üçün digərlər ölkələrdə istehsal edilən maşınlardan ucuz olması tez-tez müzakirə edilir.

Ölkə.Az xəbər verir ki, bəziləri buru Çin istehsalı avtomobillərin dəmirinin nazik olması, bir neçə il sonra problemlərin yaranacağı və s. səbəblərlə izah edirlər.

Bloqer Murad Ağazadə bunun ağıl və məntiqə əsaslanan 15 səbəbini sadalayıb:

1. Çin ildə 25 milyondan çox avtomobil istehsal edir. Daxili iqtisadiyyat böyükdür deyə, bu həcmdə istehsal məhsulun maya dəyərini ciddi şəkildə azaldır.
2. Çin istehsalçıları ehtiyat hissələri ölkə daxilində bir-birinə yaxın fabriklərdən alıır. Bütün dünya özü də Çindən ehtiyat hissələri alır.
3. Batareya, ekran, şassi, motor sensorlar kimi bütün bahalı ehtiyyat hissələri çinin özündə istehsal olunur. 
4. Çin hökuməti özü həm istehsalçıya, həm də alıcıya vergi güzəştləri, faizsiz kredit və istehsal dotasiyası verir. 
5. Çində mühəndis və dizayner rəqabəti o qədər böyükdür ki, maaşlar Qərbə görə xeyli aşağıdır. Bu rəqabət məhsulun inkişafını da sürətləndirir.
6. Qərbdə sertifikasiya, təhlükəsizlik və ekoloji standartlar çox sərtdir, lakin Çin bazarı bazarı alovlandırmaq üçün tələbi elastik saxlayır. 
7. Çin şirkəti mövcud texnologiyalara lisenziya almadan və yaxud minimal dəyişikliklərlə kopyalayıb təkmilləşdirir. 
8. Bir şassi və batareya platformasında onlarla eyni avtomobil istehsal edirlər.
9. Çin təbii sərvətlərlə zəngindir. Alüminium, polad və kompozit materialların böyük hissəsini özləri istehsal edir. 
10. Başqa ölkələr bir modeli 3-5 il saxlayır, satır, Çində isə hər model demək olar, hər il təzələnir. Smartfon brendi kimi satışlarını saxlaya bilirlər.
11. CATL, BYD kimi nəhəng batareya istehsalçıları çinlidir. 
12. Çinlilər prestijə qətiyyən fikir vermir, lakin Qərb markaları prestijlə oturub-dururlar. 
13. Keçmişdə “Volkswagen”, “GM”, “Toyota”da yığılan təcrübələr indi öz ölkələrində tətbiq olunur. 
14. Şirkətlər dövlətlə sıx əlaqədə işləyir.
15. Rəqabət böyükdür, qiymətlər aşağıdır.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Avqust 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri