Icma.az
close
up
RU
Çin Azərbaycan iqtisadi əlaqələri: ticarət və innovativ inkişaf səyləri

Çin Azərbaycan iqtisadi əlaqələri: ticarət və innovativ inkişaf səyləri

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərarlaşdırıb. İndiki dövrdə Azərbaycan üçün Çin ilk növbədə böyük iqtisadi tərəfdaş rolunu oynaya bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü, eləcə də ölkələrimiz arasında Birgə Bəyannamənin imzalanması ilə Bakı-Pekin münasibətləri yeni mərhələyə qədəm qoydu. Çin Azərbaycanın ilk idxal mənbəyi və beş əsas ticarət tərəfdaşından biridir. Azərbaycan Çinin 6 şəhərində ticarət evi açıb və bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkələrimiz arasında imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə münasibət bildirərkən vurğulayıb: “Bu həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik”.
Çin bu gün qlobal faktordur, dünyanın supergücüdür. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Çin ilə enerji keçidi, bərpaolunan enerji sahəsində əməkdaşlıq uğurla inkişaf etdirilir. Ölkədə elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə əməkdaşlığa başlanılıb. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində BYD şirkətinin 160 ədəd elektrik mühərrikli avtobusunun və 100 ədəd elektrik enerji doldurucusunun ölkəmizə gətirilməsi ilə bağlı sifariş verilib. Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılması planlaşdırılır. Həmçinin, Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. İnfrastruktur investisiyalarına nümunələr limanlar, göydələnlər, dəmir yolları, avtomobil yolları, hava limanları, su bəndləri, kömürlə işləyən elektrik stansiyaları və dəmiryolu tunelləridir. Təşəbbüs 2017-ci ildə Çin Konstitusiyasına daxil edilmişdir. Çin hökuməti bu təşəbbüsü “regional əlaqələri gücləndirmək və daha parlaq bir gələcəyi əhatə etmək üçün bir cəhd” adlandırır. Layihənin nəticələnmə hədəfi 2049-cu ildir. Bu tarix Çin Xalq Respublikasının (ÇXR) əsasının qoyulmasının yüz illiyinə təsadüf edir.
Çinin Avropa ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirməyə çalışması təkcə ölkəmizin coğrafi mövqeyindən ibarət deyil. Azərbaycan 15 milyon ton yükaşırma imkanı olan beynəlxalq dəniz limanına və ildə 5 milyon ton yükdaşıma imkanı olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yoluna malikdir. Bu infrastrukturlar Orta Dəhlizin əsasını təşkil edir. Bu il BTQ-də genişləndirmə işləri başa çatacaq. Dəmir yolunun Gürcüstandan keçən hissəsində genişləndirmə işləri başa çatdıqdan sonra yolun yükdaşıma imkanı 10 milyon tona çatacaq.

Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Aprel 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see246

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see237

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see199

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see189

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see161

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see142

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri