Azərbaycanın qeyri neft ixracının əsas alıcıları: Rusiya, Türkiyə və Gürcüstan ilk üçlükdədir
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2024-cü ildə Azərbaycan 3 milyard 356 milyon dollar dəyərində qeyri neft-qaz malları satıb.
Sfera.az xəbər verir ki, Azərbaycanın satdığı qeyri neft-qaz mallarının əsas alıcısı Rusiya olub. Rusiya bütün malların 34,6 faizini alıb və bunun üçün 1,162 milyard dollar ödəyib.
Sıralamada ikinci yerdə Türkiyədir. Türkiyə Azərbaycandan 542 milyon dollar dəyərində mal alıb və bu, cəmi ixracın 16,2 faizini təşkil edib. İlk üçlüyü Gürcüstan (272,7 milyon dollar), İsveçrə (220,4 milyon dollar) və ABŞ (134,7 milyon dollar) tamamlayır.
Azərbaycanın ixrac etdiyi əsas qeyri neft-qaz məhsulu meyvə-tərəvəz (707,7 milyon dollar), alüminium (197 milyon dollar) və pambıqdır (178,2 milyon dollar).
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 27 Yanvar 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















