Çin bu il 7 nüvə enerji blokunu istismara verəcək
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çin 2026-cı ildə yeddi nüvə enerji blokunun tikintisini başa çatdırmağı və istismara verməyi planlaşdırır.
525.az xəbər verir ki, bu barədə Çin Nüvə Enerjisi Assosiasiyasının illik hesabatında məlumat verilir.
Hazırda ölkədə 60 nüvə enerji bloku fəaliyyət göstərir ki, bu da təmiz enerjiyə keçid üçün sabit təməl yaradır. Tikinti mərhələsində olan 36 enerji bloku var, onlardan ikisinin inşasına 2026-cı ildə başlanılıb. Dünyada tikilməkdə olan nüvə elektrik stansiyalarının ümumi sayının yarıdan çoxu
Çinin payına düşür. Daha 16 nüvə enerji blokunun layihələri rəsmi olaraq təsdiqlənib və tikintisi gözlənilir.
Çinin nüvə elektrik stansiyalarının ümumi quraşdırılmış gücü 125 QVt-dır və bu, ölkəni qeyd edilən sahədə dünya liderinə çevirir.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 17 Aprel 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















