Icma.az
close
up
RU
“Çin dili üçün çinli müəllimlər dəvət edilməlidir”

“Çin dili üçün çinli müəllimlər dəvət edilməlidir”

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Çin dilinin ilkin mərhələdə tədrisi üçün mütləq hər tədris ilində Çindən 50-100 nəfər müəllimin dəvət olunması vacibdir. O, dünyanın çətin dillərindən biridir. Çin dili heroqliflərdən ibarətdir. Bu baxımdan, Çindən müəllimlər dəvət olunmalıdır ki, ilkin təcrübəni aşılaya bilsinlər”.

Bu sözləri "Yeni Sabah"a təhsil eksperti Etibar Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda Çin dili ilə bağlı mütəxəssis çox azdır:

“Sizə çox maraqlı bir fakt deyim. İngiltərənin təsir nazirliyi qərar qəbul etmişdi ki, hər il Çindən 100 riyaziyyat müəllimi dəvət olunsun və onlar öz təcrübələrini İngiltərədə bölüşsün. Bunu ona görə etmişdilər ki, çinli uşaqlar bütün riyaziyyat və informatika olimpiyadalarında birinci yer tutur. Əlbəttə, bu dilin xüsusiyyətlərindən də asılıdır.

Universitetlərdə Çin dili fakültəsi var. Səhv etmirəmsə, Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində aidiyyəti ixtisaslar mövcuddur. Ancaq onlar hansı dərəcədə pedaqoq hazırlaya bilirlər, bu barədə məlumatsızam. Çin dilinin ilkin mərhələdə tədrisi üçün mütləq hər tədris ilində Çin dili üzrə 50-100 nəfər müəllimin dəvət olunması vacibdir. O, dünyanın çətin dillərindən biridir. Çin dili heroqliflərdən ibarətdir. Bu baxımdan, Çindən müəllimlər dəvət olunmalıdır ki, ilkin təcrübəni aşılaya bilsinlər. Əks təqdirdə, bizim təhsil sistemində Çin dilinin öyrənilməsi yaxud proqramlara salınması çətin olar.

Eyni zamanda, bizim müəllimlərin Çində staj keçməsi çox vacibdir. Mən dəqiq bilmirəm, Çin-Azərbaycan dili lüğəti var yoxsa yox. Əgər yoxdursa, təcili olaraq, Çin-Azərbaycan dili lüğəti çap olunmalıdır. Bu da çox vacib məsələdir”.

Etibar Əliyev qeyd edib ki, hansısa şəxsin xarici dildə təhsil almasından qorxmaq lazım deyil:

“Hazırda rus dili bölmələrinin bağlanması ilə bağlı çoxsayılı fikirlər səsləndirilir. Ancaq məsələnin mahiyyətini çox vaxt bilmirlər. Məsələn, hazırda Çin dilindən bəhs edirik. Gəlin məntiqi olaraq əlaqələndirək. Mən kitab mağazalarında çoxcildlik Çin-Rus lüğəti görmüşəm. Yaxud siz Çin dilində hansısa ədəbiyyat axtarası olsanız ya ingilis, ya da rus müəlliflərin kitablarını tapacaqsınız. Valideynlərin uşaqlarına tədris dilini seçmək hüququ var. Onlar istəyirlər ki, uşaqları üçün əlçatan ədəbiyyatlar çox olsun.

Ədəbiyyat hansı dildə çoxdursa, valideynlər uşaqları üçün məhz həmin dili seçir. Hazırda ingilis, alman, fransız kimi dillər ortaya çıxandan sonra, rus dilinin tədris dairəsi çox sıxılıb. Buna baxmayaraq, ədəbiyyat, dərslik və kitablar baxımından rus dili intellektual funksiyasını qoruyub-saxlayır. İntellektin hansı dildə formalaşmasının əhəmiyyəti yoxdur.

Söhbət intellektdən, prototipdən gedir. Ona görə də hər hansı birinin xarici dildə təhsil almasından qorxmaq lazım deyil. Məsələn, indi belə dissertasiya yazan bütün alimlər 90 faiz rus dilində olan ədəbiyyatdan istifadə edirlər. Bizim öz dilimizdə çap olunan ədəbiyyat yox səviyyəsindədir. Bu baxımdan, vətəndaşların sərbəst seçim imkanlarını təhdid etmək doğru deyil”.

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib ki, məktəblərdə Çin dilinin tədris olunması müzakirə edilir.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyun 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri