Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Çin dünyada nəhəng bir gücü təmsil edir ŞƏRH

Çin dünyada nəhəng bir gücü təmsil edir ŞƏRH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Telman Nüsrətoğlu: "Azərbaycanın nəqliyyat, logistika, yüksək texnologiya, müdafiə sənayesi sahəsində Çinin nəhəng şirkətləri ilə əməkdaşlığı çox önəmlidir"


Çində işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinplə görüşüb. Liderlər ikitərəfli əlaqələrin mövcud vəziyyətini və perspektivdə atılması planlaşdırılan addımları müzakirə ediblər. Si Cinpin deyib ki, Çin və Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Cinpin Prezident İlham Əliyevi "əziz dostum" deyə salamlayaraq, dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib. Si Cinpin Azərbaycan-Çin münasibətlərinin 30 ildən artıq müddətdə uğurla inkişaf etdiyini vurğulayıb, bu əlaqələrin hazırda hərtərəfli strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edib. Çin lideri iki ölkə arasında ticarət dövriyyəsinin artmasını, enerji, o cümlədən bərpaolunan enerji və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın genişlənməsini diqqətə çatdırıb. O, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın gücləndiyini, Çin mallarının Azərbaycan üzərindən, xüsusən Transxəzər marşrutu ilə daşınmasının əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev dəvət üçün təşəkkürünü bildirib və Çin xalqını qələbənin 80 illiyi münasibətilə təbrik edib. Dövlət başçısı öz növbəsində Çin Xalq Respublikasına etdiyi dövlət səfərini məmnunluqla xatırladığını və həmin görüşlərin hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, hərtərəfli strateji tərəfdaşlıq haqqında imzalanmış sənədin xüsusi əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Çinlə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olduğunu bildirib. Dövlət başçısı Azərbaycanın Tayvan, Honq-Konq və Sincan Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilən "seçkiləri" pisləyən ilk ölkələrdən olduğunu vurğulayıb. Azərbaycan Prezidenti iki ölkə arasında ticarət əlaqələrinin ciddi artdığını, “Orta Dəhliz” vasitəsilə Çinə aid yüklərin Azərbaycan ərazisindən daşınmasının marşrutun səmərəliliyinin göstəricisi olduğunu qeyd edib. Görüşdə Azərbaycan və Çinin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi, vizasız gediş-gəliş sazişinin qüvvəyə minməsindən sonra turizm sahəsində əlaqələrin inkişafı vurğulanıb. Tərəflər əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar. 


Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a açıqlamasında deyib ki, dünyada geosiyasi mübarizələrin şiddətləndiyi, yeni qlobal nizamın, konturların, güc balansının müəyyənləşməyə doğru getdiyi bir dövrdə Azərbaycan Prezidentinin Çinə növbəti səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı dünyanın diqqət mərkəzindədir. Alim vurğulayıb ki, hazırkı dünya nizamında bəzi qlobal şirkətlər dövlətlər qədər əhmiyyət kəsb edir: 


"Elə böyük sərmayə sahibləri, nəhəng korporasiyalar var ki, bir neçə ölkənin büdcəsindən daha çox maliyyəyə malikdir. Nəzərə alaq ki, əsrimiz yüksək texnologiyalar, sürət əsridir. O baxımdan qlobal şirkətlərin, xüsusən Çinə məxsus qurumların önəmi artmaqdadır. Digər yandan, Çin artıq qaçınılmaz, qarşısıalınmaz texnologiya yüksəlişi dövrünü yaşayır. Maşınqayırma, müdafiə sənayesi, gəmilərin inşası və bir çox sahədə Çinin ABŞ-nin qlobal hegemoniyasına meydan oxuduğunun şahidi oluruq. Bir məqamı vurğulayım. Türk dünyasının böyük elm xadimi, Nobel mükafatçısı Əziz Sancar Azərbaycana səfəri zamanı Çində dərc olunan elmi-akademik-texnologiya dərgisinin son sayından danışarkən demişdi ki, həmin nüfuzlu jurnalda məqaləsi dərc olunan 9 alimdən 7-si çinli idi. Çinin inkişaf etmiş elmi araşdırma mərkəzləri, ixtisaslaşmış institutları var. Eyni zamanda böyük iqtisadi gücü və əhalisi ilə birlikdə Çin dünyada nəhəng bir gücü təmsil edir. O baxımdan Azərbaycanın nəqliyyat, logistika, yüksək texnologiya, müdafiə sənayesi, bərpa olunan enerji sahəsində Çinin nəhəng şirkətlərinin əməkdaşlığı çox önəmlidir. Çünki Azərbaycanın bu sahələrdə böyük hədəfləri, əməkdaşlığı dərinləşdirmə siyasəti var". 


T.Nüsrətoğlu qeyd edib ki, Azərbaycanın xarici siyasət strategiyası, bölgə siyasəti milli maraqlarımız üzərində qurulub: 

"Azərbaycanın dövlət olaraq güclənməsi, iqtisadi imkanlarının artması nəyi tələb edirsə, məhz həmin hədəfə doğru irəliləyir. Çinlə yüksələn əməkdaşlığımız göstərir ki, Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Zəngəzur dəhlizi fonunda bir-biri ilə rəqabət halında olan geosiyasi qütbləri bir araya gətirən, əməkdaşlıq üzərindən bir model ortaya qoyan, "qazan-qazan" prinsiplərini ön plana çəkən bir dövlət rolunu oynayır. Azərbaycan hərbi-strateji rəqabətdən daha çox iqtisadi maraqların üstünlüyünü vurğulayır". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Sentyabr 2025 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri