Icma.az
close
up
RU
Çin həddindən artıq istehsal səbəbindən qlobal böhranla üz üzədir

Çin həddindən artıq istehsal səbəbindən qlobal böhranla üz üzədir

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin həddindən artıq istehsal səbəbindən qlobal böhranla üz-üzədir

Pekinin artıq istehsal gücləri, digər ölkələrin nəhəng həcmdə ucuz sənaye mallarını qəbul edə bilməməsi səbəbindən beynəlxalq bazarlarda genişmiqyaslı tənəzzülə səbəb ola bilər. Oxuməni.az xəbər verir ki, "Foreign Affairs" jurnalı Çin iqtisadiyyatının sənaye istehsalından və xarici bazarlardan asılılığını təhlil edərək belə bir nəticəyə gəlib.

Jurnal yazır ki, Pekinin istənilən yolla ixracı artırmaq və ticarət profisitini yüksəltmək cəhdləri həm ABŞ və Avropa ölkələri kimi inkişaf etmiş iqtisadiyyatların, həm də Afrika, Asiya və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinin sənaye ambisiyalarına zərbə vurub.

Nəşr xəbərdarlıq edir: "İndi problem keyfiyyətcə yeni və daha təhlükəli bir mərhələyə keçir: dünyanın Çinin artıq istehsal güclərini qəbul etmək qabiliyyəti kritik nöqtəyə yaxınlaşır. Əgər bu kritik nöqtəyə çatılarsa, hökumətlərin nəticələri idarə etməyə ən az hazır olduğu bir vaxtda bu, qlobal iqtisadi böhranla nəticələnə bilər".

2025-ci ildə Çinin ticarət profisiti təxminən 1,2 trilyon dollara çatıb ki, bu da bütün dünya iqtisadiyyatı üçün artan risk yaradır.

Dünyada proteksionizmin güclənəcəyi və Çin istehsalçılarının bazarlara çıxışını məhdudlaşdıracağı ehtimal olunur. Çin iqtisadiyyatı böyüyüb və ölkə alıcı çatışmazlığı olmadan əvvəlki trayektoriya ilə hərəkət edə bilməz. Məqalədə qeyd olunur ki, Pekin öz iqtisadi modelini artıq geridə qoyub.

Dünya sənaye istehsalının təxminən 30%-i Çinin payına düşür və 2030-cu ilə qədər bu rəqəm 45%-ə çata bilər. Çinin dünya bazarındakı payının artmasının təxminən 60%-i dövlət subsidiyaları ilə bağlıdır. Bununla yanaşı, Çin sənaye müəssisələrinin demək olar ki, 30%-i zərərlə işləyir.

Nəşr qeyd edir ki, şirkətlər rentabelliyin azalmasına baxmayaraq, məhsul buraxılışını genişləndirməyə davam edirlər. Problem ən çox avtomobil sənayesində özünü büruzə verir: Çin daxili tələbatın təxminən 12 milyon olduğu halda, ildə 25 milyon elektrik avtomobili və hibrid istehsal etmək gücünə malikdir. Ümumilikdə isə ölkənin istehsal imkanları ildə təxminən 55 milyon avtomobilə çatır.

Çin iqtisadiyyatının artım templərinin əhəmiyyətli dərəcədə yavaşlaması bütün dünyada sarsıntılara səbəb olacaq. ABŞ vəziyyəti sabitləşdirmək üçün imkanlara malik yeganə oyunçu olacaq. Çin iqtisadiyyatının qabaqlayıcı şəkildə yenidən balanslaşdırılması vacib hala gəlib.

Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 17 Avqust 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri