Çin orbitə yeni “CentiSpace” peyklərini buraxıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 23 mart, AZƏRTAC
Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası “CentiSpace-2” peyklərinin Yer kürəsinin aşağı orbitinə uğurla buraxıldığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, raket buraxılışı Sarı dənizdə yerləşən Haiyang Peyk Buraxılış Mərkəzindən “Jielong-3” daşıyıcı raketi vasitəsilə həyata keçirilib.
“CentiSpace” seriyalı peyklər aşağı Yer orbitindən qlobal naviqasiya peyk sistemlərini gücləndirmək üçün siqnallar ötürmək məqsədilə hazırlanıb.
Yanvar ayında “Galactic Energy” şirkəti dörd “Tianqi” telekommunikasiya peykini uğurla orbitə çıxarıb
Bundan əvvəl “South China Morning Post” qəzeti Çin alimlərinin kosmik peykləri sıradan çıxara bilən “TPG1000Cs” mikrodalğalı silah hazırladıqlarını yazmışdı. Bildirilir ki, sistemin gücü 20 giqavattdır və bu cür texnologiya artıq bəzi mənbələr tərəfindən “Starlink” üçün potensial təhlükə kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:247
Bu xəbər 23 Mart 2026 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















