Anasını öldürüb, arvadını bıçaqlayan qazi tutuldu FOTO
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Goranboyda 2 qadın bıçaqlanıb, onlardan biri ölüb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Faxralı kəndində 1963-cü il təvəllüdlü Zoya Əhmədova və 1995-ci il təvəllüdlü Jalə Yolçuzadə bıçaqlanıb.
Onlardan 10-dan çox bıçaq xəsarəti alan Z.Əhmədova həyatını itirib.
Digər zərərçəkən ağır halda xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə ölən qadının oğlu – 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğludur.
Ağır xəsarət alan iki uşaq anası Jalə isə hadisəni törətməkdə şübhəli bilinən Eminin həyat yoldaşıdır.
Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Emin Xaləddin oğlu Vəliyev Vətən müharibəsi qazisi, III qrup əlildir.
O, ailə münaqişəsi zəminində anası, 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirməkdə, arvadı, 29.01.1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızını isə həmin bıçaqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinir.
Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Zoya Əhmədova və Emin Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 31 Yanvar 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















